- Şənbə
İyul 18, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

''Bu oğrular və korrupsionerlər hakimiyyəti iqtidarda qaldıqca Qarabağ hər gün bizdən uzaqlaşır''

2019/03/15, 04:10


''Bu oğrular və korrupsionerlər hakimiyyəti iqtidarda qaldıqca Qarabağ hər gün bizdən uzaqlaşır''

Əli Kərimli: Ermənilərə bu imkanı Azərbaycan hakimiyyəti verib

Həqiqət QHT (Truth NGO) - AXCP sədri Əli Kərimli Ermənistanın prezidenti Nikol Paşinyanın Azərbaycanın işğal altında olan torpaqlarına səfər etməsinə münasibət bildirib. Ə.Kərimlinin bununla bağlı facebook səhifəsində yazdığı statusda deyilir: 
"Paşinyanın Ermənistan Təhlükəsizlik Şurasının iclasını Xankəndində – Azərbaycanın işğal olunmuş ərazisində keçirməsi təkcə bizə – Azərbaycana meydan oxumaq deyil. Həm də artıq torpaqlarımızı işğal faktını danmamaq, leqallaşdırmaq cəhdidir. Ümumiyyətlə, Paşinyanın bir çox hərəkətləri – Xocalı aeroportuna hərbi təyyarələrin uçuşunu təşkil etmək, oğlunu işğal etdikləri Qarabağa əsgəri xidmətə göndərmək, bizim işğal olunmuş torpaqları məskunlaşdırmaq cəhdləri işğalı leqallaşdırmaq, əbədiləşdirmək cəhdidir. Ona bu imkanı isə Azərbaycan hakimiyyətinin dünyada rüsvay olması, zəif tərəfə çevrilməsi verib. Azərbaycan hakimiyyətinin korrupsiya, seçki saxtakarlığı, insan haqlarının kütləvi və daimi pozuntusuna görə Avropa Parlamentində, ATƏT-də, Avropa Şurasında, BMT İnsan Hüquqları Şurasında mütamadi olaraq tənqid və tənbeh edilməsi işğalçı Ermənistanın əl-qolunu açıb. Hər gün daha aydın şəkildə nümayiş olunur ki, Əliyev hakimiyyəti Azərbaycanı dünya miqyasında təmsil edə bilmir, nəinki işğal olunmuş torpaqlarımızı qaytarmaq iqtidarında deyil, əksinə ölkənin vəziyyətini hər gün pisləşdirir.
Əvvəllər əllərindən bir iş gəlməsə də, heç olmasa böyük-böyük danışırdılar. İndi korrupsiya ittihamları ilə küncə sıxışdırıldıqlarından, qorxudan onu da edə bilmirlər. Beləliklə, dünyada gücdən və nüfuzdan düşən korrupsioner hakimiyyət bizi Ermənistanla rəqabətdə hər gün uduzdurur, düşmənə hər gün yeni üstünlüklər qazandırır. Ermənistanın yeni hakimiyyəti isə dinc demokratik inqilabdan əldə etdiyi imic üstünlüyünü Qarabağ uğrunda mübarizədə öz resursuna çevirir. Bu oğrular və korrupsionerlər hakimiyyəti iqtidarda qaldıqca Qarabağ hər gün bizdən uzaqlaşır. Azərbaycanda hakimiyyəti xalqa qaytarmaq lazımdır ki, Qarabağı da işğalçılardan azad etmək mümkün olsun!"

Tag və ya açar söz

Azərbaycan، Qarabağ münaqişəsi، erməni işğalı، Əli Kərimli،Azərbaycan ،Ermənistan

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter