- Cümə
İyun 19, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Bakıda İsrail səfirliyi qarşısında aksiya... Saxlanılanlar var - Video

2018/06/08, 17:54


Bakıda İsrail səfirliyi qarşısında aksiya... Saxlanılanlar var - Video

Azərbaycan İslam Partiyası “Beynəlxalq Qüds Günü” münasibəti ilə İsrailin Bakıdakı səfirliyi qarşısında aksiya keçirib.

Azərbaycan İslam Partiyası “Beynəlxalq Qüds Günü” münasibəti ilə İsrailin Bakıdakı səfirliyi qarşısında aksiya keçirib.

“İsrailə ölüm”, “məhv olsun İsrail”,  “Məhv olsun Amerika” kimi şüarlar səsləndirən aksiya iştirakçıları polisin müdaxiləsi ilə üzləşiblər.

Nəticədə 26 nəfər aksiya iştirakçısı saxlanılıb.

https://www.youtube.com/watch?v=TR3uKxaTgAY&feature=youtu.be

Saxlanılanlar arasında "İslaminSesi" informasiya portalının və "Yeni Nəbz" qəzetinin baş redaktoru, jurnalist  Xəyal Şükür də var.

Hələlik saxlanılanlar barədə heç bir məlumat verilmir.

Saxlanılanların 27-ci polis bölməsinə aparıldığı bildirilir.

https://www.youtube.com/watch?v=a7dM7OxKUyY&feature=youtu.be

Qeyd edək ki, hər il “Beynəlxalq Qüds Günü” münasibəti ilə zülmə, haqsızlığa, ədalətsizliyə və sionist rejimin fələstinlilərə qarşı törətdiyi qətliama etiraz olaraq İsrailin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyaları keçirilir.  Hər il polisin müdaxiləsi nəticəsində aksiyanın qarşısı alınır və təşkilatçılar saxlanılaraq polis bölmələrinə aparılırlar.

Qeyd edək ki, jurnalist Xəyal Şükür artıq sərbəst buraxılıb.

 

Mənbə

Tag və ya açar söz

Bakıda İsrail səfirliyi qarşısında aksiya... Saxlanılanlar var - Video

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter