- Cümə
İyul 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Qasım Süleymani Suriyadakı ABŞ komandanlığını hədələdi: "Tərk edin, ya da..."

2017/12/12, 09:50


Qasım Süleymani Suriyadakı ABŞ komandanlığını hədələdi:

İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı general-leytenant Qasım Süleymaninin Rusiya vasitəsilə Suriyadakı ABŞ qüvvələrinin komandanına məktub göndərdiyi bildirilib.

İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı general-leytenant Qasım Süleymaninin Rusiya vasitəsilə Suriyadakı ABŞ qüvvələrinin komandanına məktub göndərdiyi bildirilib.

 

Bu barədə "Alraimedia" saytı etibarlı mənbələrə istinadən yazıb.  Saytın yazdığına əsasən, Qasım Süleymani Suriyadakı ABŞ qüvvələri komandanına yazdığı məktubda son əsgərə kimi Suriyanı tərk etməyi məsləhət görüb.

Məktubda belə qeyd olunur: "Mənim ABŞ qüvvələri komandanına sözüm budur ki, Suriyada İŞİD-ə qarşı müharibə bitdikdən sonra ölkədə ABŞ qüvvələri qala bilməz. Mən sizə öz xoşluğunuzla Suriyanı tərk etməyi məsləhət görürəm. Yoxsa buna məcbur ola bilərsiz".

Qasım Süleymani Rusiyadan, "Əgər ərəb və kürdlərin qanunsuz federasiya formalaşdırdığı Suriyanın şimalında ABŞ qüvvələri qalacaqsa, biz ABŞ ordusunu işğalçı hesab edəcəyik", sözlərini ABŞ-a çatdırmağı xahiş edib.

Xəbərdə qeyd edilir ki, iranlı general ABŞ-a göndərdiyi məktubda amerikalı qüvvələrə "sürpriz hadisələr"lə qarşı-qarşıya qalacaqlarını xəbərdar edərək, "Suriyada əvvəllər heç vaxt görmədiyiniz əsgər və qüvvələrlə qarşılaşacaqsınız və ertəsi gün və ya həmin an ölkəni tərk edəcəksiniz", - deyə təhdid edib.

Xatırladaq ki, dekabrın əvvəllərində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mark Pompeonun iranlı general Qasım Süleymaniyə məktub göndərdiyi və onun bu məktubu açmaqdan imtina edərək, "Bizim danışılacaq ortaq mövzumuz yoxdur" , deyə söylədiyi bildirilib.

Mark Pompeo xəbəri təsdiqləyərək, Süleymaninin bu hərəkətindən narahat olmadığını, məktubda isə İraqdakı ABŞ qüvvələrinə qarşı hər hansı hücum təşkil edilərsə, bundan İrnaın məsul tutulacağını qeyd etdiyini açıqlamışdı.

 

 

 

Mənbə

Tag və ya açar söz

Qasım Süleymani Suriyadakı ABŞ komandanlığını hədələdi: "Tərk edin، ya da..."

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter