- Cümə
İyun 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Azərbaycanda yaşayan ləzglilər, talışlar, tatlar "silahlanmalı" və "dövlətə qarşı çıxmalıdır"?!

2018/01/18, 19:11


Azərbaycanda yaşayan ləzglilər, talışlar, tatlar

Bu tələb – ölkə ərazisində İsrailin siyasətlərini yeridən Azərbaycan Respublikası rəhbərliyinin öz təklifidir...

Bu tələb – ölkə ərazisində İsrailin siyasətlərini yeridən Azərbaycan Respublikası rəhbərliyinin öz təklifidir...

 

"Truth NGO" xəbər verir ki, İranda baş verən son iğtişaşlar və Qərbin uğursuz şəkildə bundan öz mənafeyinə istifadə etməyə çalışaraq  nakam qalması, Azərbaycan Respublikası rəhbərliinin taxdığı riyakarlıq maskasını növbəti dəfə cırdı. Qərbin hay-küyünə aldanaraq, İranda dövlət çerilişinin olacağını zənn edən Azərbaycan Respublikası rəhbərliyi sionizmin sifarişi ilə ölkə KİV-lərində İran İR-na qarşı yeni cəbhə açdı. Birbaşa sionizmdən maliyələşən ölkənin pantürkist mediası isə öz canfəşanlıqlarına görə İsrail KİV-lərini belə kölgədə qoyurdular.

"Azərbaycanın ismətli və namuslu xanımlarının Allahın əmr etdiyi hicabı bağlamaq hüquqlarının olduğunu" dilə gətirənlərin 12 il azadlıqdan məhrum edildiyi,  "imkansızlıqdan və heç yerdə işləməmələri səbəbindən qaz pulunu ödəyə bilməyidi üçün şəhid ailəsinin və Qarabağ qaçqınının qazını kəsən hökumətin bir nömrəli şirkəti olan SOCAR-ın Gürcüstandakı erməni kilsələrini qazla təmin etdiyini" minbərdən dilə gətirdiyinə görə qeyrətli cavanların 20 il azadlıqdan məhrum edildiyi, bir qrup Ermənistan və kürd əsilli məmurların və onların qohum-əqrəbasının bütün Azərbaycan Respublikasını öz inhisarına aldıqları və nəhayət ƏR – prezident, ARVADI isə - vitse-prezident olduğu bir ölkənin "ziyalı-politoloqları" diskusiyalar və dəyirmi masalar təşkil edərək, həyasızcasına İran İR-na "insan hüquqlarına necə əməl etməli" olduğuna dair məsləhətlər verdilər, İran xalqını küçələrə çıxmağa, dövlətin və xalqın əmlakını dağıtmağa və hətta silahlanıb dövlətə qarşı müharibə etməyə çağırdılar!

Bütün bu deyilənlərə sübut olaraq, aşağıdakı videodakı Rza Səfərsoy adlı pantürkistin çıxışını misal gətirmək kifayətdir.

Videodan göründüyü kimi, Bakının mərkəzində keçirilən dəyirmi masada Rza Səfərsoy adlı Azərbaycan Respublikası vətəndaşı İran türklərini silahlanmağa və dövlətə qarşı müharibə aparmağa səsləyir. Təsəvvür edin, İranda kimsə çayxanada söhbət əsnasında Azərbaycan Respublikasında yaşayan ləzgliləri, talışları, tatları silahlanmağa və dövlətə qarşı mübarihəyə qalxmağa səsləsəydi, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi və sözü gedən şöbənin müdiri Əli Həsənovun tabeçiliyində olan media orqanları necə şivən qoparacaqdılar. Halbuki Azərbaycan Respublikasının yeritdiyi – türk olmayan millətlərin elemantar hüquqlarını kobud şəkildə pozan - pantürkist siyasəti adları sadalanan millətlərə bu addımı atmağa əsas verir. Təqdim olunan videoda çıxış edən Rza Səfərsoy əslində ölkədə yaşayan ləzgiləri, talışları və tatları bu addımı atmağa səsləyir.

[video width="398" height="224" mp4="http://az.truthngo.org/wp-content/uploads/2018/01/Rza-Sefersoy.mp4"][/video]

Beləki, Rza Səfərsoyun dediyinə görə, Azərbaycan Respublikası türk dövlətidir və ölkənin bayrağı da türk bayrağıdır. Rza Səfərsoy yoldaşın bəyanatlarında yalan da, həqiqət də var:

Yalan: Azərbaycanın "türk dövləti" olması... 1918-ci ildən qabaq heç bir zaman "azərbaycan" adlanmayan, adının belə türklərə heç aidiyyatı olmayan Atropat ifadəsindən əmələ gəldiyi, ölkədə yaşayan aborigen xalqların heç birinin türk mənşəli olmadığı, türklərin ən sonda gəldiyi hazırda Azərbaycan Respublikası adlanan dövlət, türk dövləti deyil!

Həqiqət: "Türk dövləti" olmayan və ölkə əhalisinin 90%-nin  türk xalqlarının aid olduğu monqoloid  irqinə deyil, regionun qeyri-türk xalqları kimi avropoid irqinə aid olduğu Azərbaycan Respublikasının bayrağında türkçülüyün rəmzinin əks olunması.

Bəli, Azərbaycan Respublikasının bayrağında türkçülüyün rəmzi var və bu ölkə rəhbərliyinin absurd və sonu olmayan siyasi xətt yeritdiyini sübut edir. Çünki "ümummilli lider" adlandırılıb siyasi xəttinin davam etdirildiyi iddia edilən Heydər Əliyev heç bir vaxt nə özünü və nə də Azərbaycanın türk ləhcəsində danışan əhalisini türk adlandırmamışdı. Elə indiki Azərbaycan Respublikası rəhbərliyi də ölkə əhalisinin türk ləhcəsində danışan hissəsini də rəsmi olaraq "türk" yox, "azərbaycanlı" adlandırır. Elə isə türk millətinin yaşamadığı və ya çox cüzi halda yaşadığı Azərbaycan Respublikası bayrağında türkçülüyün rəmzinin əks olunması nəyə hesablanıb? Ölkə rəhbərliyinin bu addımı - ölkənin aborigen millətləri olan ləzgiləri, talışları, tatları və digər xalqları "türk bayrağını" rədd edib, öz milli bayraqlarını qaldırmağa sövq etmirmi?!...

Bəli, Azərbaycan Respublikası rəhbərliyinin "milli siyasəti" məhz buna hesablanıb və təqdim olunan videoda Rza Səfərsoy yoldaşın ölkədəki qeyri-türk millətləri təhdid edərək səsləndirdiyi fikirləri bunu bir daha sübut edir. Yoldaş Rza Səfərsoy deyir: "Bizim (yəni Azərbaycan Respublikasının) millətimiz TÜRK, bayrağımız da TÜRK BAYRAĞIdır! Kim bunu qəbul eləmirsə, özü bilər". Sizcə, öz milliyyətinin türk və ölkəsinin bayrağının da türk bayrağı olmasını qəbul etməyən şəxs və bu şəxslərin mənsub olduqları millətlərin nümayəndələri "özü bilər" ifadəsindən sonra nə etməlidir? Onlar özləri bildikləri kimi, özlərinin LƏZGİ, TALIŞ  və TAT olduğunu bəyan edərək mənsub olduqları millətlərinin bayraqlarını qaldırmalı deyillərmi?!  Ölkənin bayrağına türkçülük rəmzi həkk edən dövlət rəhbərliyi özü sözü gedən millətləri bu yola təhrik etmirmi?!

Sizcə, bu gün Azərbaycan Respublikasında yaşayan ləzgilər, talışlar və tatlar türk bayrağını istəmədiklərini bəyan edərək öz ərazilərində, evlərində, dükan və mağazalarında və s. ictimai yerlərdə öz milli bayraqlarını qaldırsalar dövlətin buna reaksiyası necə olacaq? Təbii ki, onların üstünə silahlı dəstələr göndəriləcək. Bəs silahlı dəstələrə necə cavab verilir? Təbii ki, silahla! Elə isə Azərbaycan Respublikasının "milli siyasətini" tənzimləyən İsrail siyasətçilərinin planları buna hesablanmayıbmı?

Kimsə deyə bilər ki, yoldaş Rza Səfərsoy rəsmi dövlət məmuru deyil, sadə vətəndaşdır və onun  bəyanatları ciddiyə alınmalalıdır. Bəli, bu iddia doğru ola bilərdi, amma demokratik dövlətdə. Azərbaycan Respublikası kimi – şah və sülalə rejimi ilə idarə olunan, ölkə vətəndaşlarının sosial şəbəkələrdə yazdıqları fikirlərə görə polisə çağırılaraq zorla yazdıqlarının silinməsinə məcbur edildiyi bir totalitar rejimdə "elə-belə", yalnız pişiklər dünyaya gəlir. Rza Səfərsoy kimi bir "sadə vətəndaşın" cuşa gəlib İran əhalisini silahlanaraq dövlətlərinə qarşı müharibəyə çağırması, İsrailin xüsusi xidmət orqanlarının hazırladığı planlar əsasında idarə olunan Azərbaycan Respublikası dövlətinin rəsmi siyasətidir ki, bu ölkənin rəsmi şəxsləri – dövlətin İrandakı səfiinrdən tutmuş, Əbülfəz Əliyev kimi prezidentinə qədər, zaman-zaman bu cür separatçı, terrorçu və xain bəyanatlar vermişlər.

Videoda diqqəti çəkən məqamlardan biri də - möminlərin öz müsəlman ölkələrində, yəni Azərbaycan Respublikasında, əlləri dirsəyə qədər müsəlman qanına bələşən işğalçı sionist rejiminə etiraz əlaməti olaraq "İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirmələrinin" Rza Səfərsoy yoldaşın "xoşuna gəlməməsidir" və bu pantürkist ünsürün bundan "hiddətlənməsidir". Yoldaş Səfərsoy bu barədə danışarkən dili-dodağının bir-birinə dolaşaraq fikrini tam izah edə bilməməsi – onun SİFARİŞLƏ danışdırıldığının sübutudur. Əgər bir şəxs, hansısa işğalçı yəhudilərə görə öz müsəlman həmvətənlərini tənqid edirsə, arxayın olun ki, onu İsrail danışdırır! Əslində pantürkist Rza Səfərsoy İsrailin adını çəkməklə bir daha sübut etdi ki, İrandakı iğtişaşlar zamanı Bakıda İslam Respublikası əleyhinə keçirilən bütün tədbirlərin arxasında şeytan İsrail rejimi dururdu. Bu kimi tədbirlərin sionist kölələri olan pantürkistlər tərəfindən keçirilməsi və pantürkist-sionist KİV-lər İran barədə həvəslə yalan məlumatlar yayması, bunun bariz nümunəsi idi.

 

 

Həmid Türki

Tag və ya açar söz

Azərbaycanda yaşayan ləzglilər، talışlar، tatlar "silahlanmalı" və "dövlətə qarşı çıxmalıdır"?!

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter