- Bazar
İyul 19, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Azərbaycan Respublikası rəhbərliyinin İran İR-na qarşı xain və fitnəkar siyasətləri davam edir

2018/06/24, 08:30


Azərbaycan Respublikası rəhbərliyinin İran İR-na qarşı xain və fitnəkar siyasətləri davam edir

Azərbaycan Respublikası özünün yeni açıq-aşkar anti-İran hərəkətləri çərçivəsində - hələ də başında İranda şahlıq taxt-tacına yiyələnmək sevdası fırlanan Rza Pəhləvini bu ölkənin Vaşinqtondakı səfirliyində 1918-ci ildə yaranmış “Azərbaycan Demokratik Cumhuriyyəti”nin 100 illiyi, habelə indiki Azərbaycan Respublikasının silahlı qüvvələrinin yaranmasının ildönümü münasibətilə keçirilən rəsmi mərasimə dəvət edib. Adət halını almış səhv siyasətə uyğun olaraq Tehran yenə də Bakının bu anti-İran hərəkətinə etiraz etmədi və zahirən yenə də Bakının şeytanlıqlarına göz yumdu. Amma bu hərəkətlə bağlı bir neçə məsələni diqqətə çatdırmaq zəruridir:

Azərbaycan Respublikası özünün yeni açıq-aşkar anti-İran hərəkətləri çərçivəsində - hələ də başında İranda şahlıq taxt-tacına yiyələnmək sevdası fırlanan Rza Pəhləvini bu ölkənin Vaşinqtondakı səfirliyində 1918-ci ildə yaranmış “Azərbaycan Demokratik Cumhuriyyəti”nin 100 illiyi, habelə indiki Azərbaycan Respublikasının silahlı qüvvələrinin yaranmasının ildönümü münasibətilə keçirilən rəsmi mərasimə dəvət edib. Adət halını almış səhv siyasətə uyğun olaraq Tehran yenə də Bakının bu anti-İran hərəkətinə etiraz etmədi və zahirən yenə də Bakının şeytanlıqlarına göz yumdu. Amma bu hərəkətlə bağlı bir neçə məsələni diqqətə çatdırmaq zəruridir:

Bakının fitnəkar hərəkətlərini məhz onun qonağının həqir və etinaya layiq olmadığı üçün əhəmiyyətsiz hesab etmək olmaz və belə düşünmək lazım deyil ki, “sabiq vəliəhdi” dəvət etmək məhz Əliyev ailəsi ilə Pəhləvi ailəsi arasında yaxın oxşarlığın və bu oxşarlığın günbəgün artması üzündən olan hislərə görədir. Doğrusu, Bakının hərəkəti Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun səhvi, ya hətta əziyyət etmək məqsədi niyyəti ilə olmayan olmayan hesablanmış fitnəkar hərəkəti və ağız əyməsi üzündəndir. Diqqət etmək lazımdır ki, Elin Süleymanov Azərbaycan Respublikasının Vaşinqtondakı səfiri olmazdan əvvəl Amerika sionist təşkilatlarının əlaltısı və sionist rejimin əli sinəsində nökəridir. Azərbaycan Respublikasının ABŞ-dakı səfirinin tədarük gördüyü görüş və mərasimlərdə iştirak edən qonaqların siyahısına baxmaq kifayət edir ki, Elin Süleymanovun Azərbaycan Respublikasının səfiri, ya sionist rejimin və ABŞ-dakı sionist-yəhudi təşkilatlarının nökəri olduğu məlum olsun. Bu “səfirin” bütün fikri-zikri Amerikanın sionist-yəhudi təşkilatlarını, o cümlədən Amerika İsrail İctimai İşlər Komitəsi (AIPAC), Simon Vizental Mərkəzi, Sinay Məbədi İcması, Etnik Anlayış Fondu və digər sionist təşkilatları rəhbərlərinin təkrar olaraq Azərbaycan Respublikasına səfər etmələrini təşkil etmək, Azərbaycan xalqını iranlı və şiə kimlikdən uzaqlaşdırmağa yönəlmiş yəhudi siyasətləri istiqamətində olan dırnaqarası multikulturalizm və tolerantlığı tərvic vermək üçün öz sionist ağalarından göstəriş almaqdır. Ona görə də heç bir şübhə yoxdur ki, Rza Pəhləvi kimi ünsürlərin Azərbaycan Respublikasının Vaşinqtonda keçirilən rəsmi mərsiminə dəvət olunmasında heç bir səhvə yol verilməyib, hər şey hesab-kitab üzündən və qəsdən həyata keçirilib. Üstəlik, bu hərəkət tamamilə simvolik, İrana düşmənçiliyi göstərmək məqsədilə və sionistlərin Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinə birbaşa göstərişi ilə baş tutub. Elə buna görə də Tehran da Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin anti-İran nökərçiliyinin uyğun cavabını verməli və bu hərəkətə etiraz etməli idi. Daha öz sükutu ilə Bakıya “bu kimi sionist və anti-İran hərəkətlərini istədiyin həddə davam etdiyə bilərsən” ismarışını verməməli idi.

Bakının hal-hazırda özünü Azərbaycan Demokratik Cumhuriyyətinin varisi bildiyi və ömrü az olan dövlətə istinad etməklə öz ömrünü ən azı 100 il artırdığı bir dövlətin yaranmasının 100 illiyi münabisətilə keçirdiyi mərasimə Rza Pəhləvinin dəvət etməsi bu ismarışı çatdırır ki, Bakı sionist məsləhətçilərinin tövsiyəsi ilə göstərmək istəyir ki, guya bu ölkə İran İslam Respublikası hökumətinin bütün düşmənlərini açıq-aşkar şəkildə dəstəkləmək gücünə malikdir. Bakı dövləti ötən illərdə anti-İran separatçılara, muzdla işləyən pantürkistlərə pul xərcləyirdisə, münafiq terrorçu qrupunun ünsürlərinə Azərbaycan Respublikasıda sığınacaq verirdisə, müxtəlif yollarla anti-İran ünsürlərə dəstək verirdisə də, bütün bunları gizlətməyə, yaxud üzr gətirməyə çalışırdı. İndi isə Rza Pəhləvini açıq-aşkar şəkildə rəsmi mərasimə dəvət edir, hər bir anti-İran ünsürünü dəstəkləməyi aşkara çıxarıb, Amerika və sionist rejimə mesaj verir ki, bütün anti-İran məsələlərdə iştirak edəcək. Bakı dövləti bu yolla demək istəyir ki, İrana zərbə vurmaq üçün Məhəmmədrza Pəhləvi şahlıq rejiminin qalıqları ilə də əməkdaşlıq etməyə hazırdır. Bakı bu hərəkəti ilə hətta öz dərslik kitablarında yazılan mətləbləri də görməməzliyə vurur. Çünki bu ölkənin dərslik kitablarında Seyid Cəfər Pişəvərinin Demokrat Firqəsi hadisəsi təriflənib və 12 dekabr 1946-cı ildə İranın o zamankı şah hökuməti Pişəvərinin Demokrat Firqəsini dağıtdığı üçün pislənilib, məhs Pəhləvi ailəsinə söyüşlər yağdırılıb. Bəlkə də Bakının indiki rəhbərləri hər kəsdən daha yaxşı bilirlər ki, SSRİ-nin parçalanması və indiki Azərbaycan Respublikasının müstəqilliyinin elan olunması, məsələn 15 il tez və Pəhləvi rejimi zamanında baş tutsaydı, İranın hökumət başında olan Pəhləvi rejimi Azərbaycan Respublikasının müstəqilliyini tanımayacaqdı. Bəs onda nə üçün Bakı tarix və pəhləvilər barədə düşündüklərini qırağa qoyaraq anti-İran millətçilər, separatçılarla birlikdə Rza Pəhləvini də ölkədən xaricdə keçirdiyi dırnaqarası “Azərbaycan Demokratik Cumhuriyyəti ili” rəsmi mərasiminə fəxri qonaq kimi dəvət edir? Bunun səbəbi İran dövlət məqamlarının son illərdə Bakı qarşısında ifratamiz tolerantlığı deyilmi? Necə ki, bundan öncə də Azərbaycan Respublikası PA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun qeyri-rəsmi mətbuat orqanı olan “Yeni Musavat” qəzeti də çəkinmədən yazmışdı: “Bakının İrana hörmət etmək vaxtı başa çatıb!”

Diqqət etmək lazımdır ki, Bakının xüsusi qərəzlə aşkarcasına icra etdiyi anti-İran hərəkətləri bir, yaxud bir neçə hərəkətlə bitmir. Maraqlıdır ki, son vaxtlar Azərbaycan Respublikası Yazıçılar Birliyi, yəni Bakının əsli mərkəzlərindən biri olan zehni saxtalaşdırma və təhrif orqanı “Cənubi Azərbaycana salam” adlı mərasim keçirərək anti-İran millətçi təbliğatçıları və separatçıları dəyərləndirdi. Hal-hazırda Yazıçılar Birliyində “Cənubi Azərbaycan ədəbiyyatı” bölməsinin sədri separatçı ünsür Sayman Aruzun “ədəbi yaradıcılığını” dəyəndirmək məqsədilə baş tutan bu mərasim AYB və Neftçala şəhərinin icra hakimiyyətinin əməkdaşlığı ilə Neftçala şəhərində keçirildi. Mərasimdə İrana qarşı saxta nümayişlər göstərilib, anti-İran şer və mətnlər oxunub, separatçı təbliğatlar olunub. AYB-ın üzvü və mərasimin aparıcısı Ruhəngiz Əşrəfqızı Sayman Aruzun “Yüz il inqilab”romanından söz açaraq deyib: “Romanın əsas obrazı olan Seyid uşaqlıq sevgilisi Raziyə ilə zindanda üz-üzə gəlir. Raziyə  Güney Azərbaycanın milli azadlığı uğrunda döyüşənlərdən biridir. Seyid məmur olduğundan Raziyəyə işgəncə verilməsini ona tapşırırlar. Seyid Raziyəni gördükdə ürəyindəki uşaqlıq sevgisi yenidən alovlanmağa başlayır. Seyidin teokratiyanın yalanlarından bərkimiş ürəyi sevginin qarşısında yumşalır. Seyid teokratiyanın qaydalarına tabe olmur, rejimin tələblərinə əməl etmir. O, ürəyinin hökmünə qulaq asır. Raziyəni seçməklə milli azadlıq uğrunda mübarizə aparan insanların yanında olmağa qərar verir.”

Diqqəti çəkən məsələ budur ki, AYB özünün anti-İran tədbirini Azərbaycan Respublikasının cənubunda yerləşən Neftçala şəhərində, yəni prezident seçkiləri zamanı İlham Əliyevin jest və təbliğatı üçün İİR-nın bu ölkədə avtomobil montajı zavodu inşa etdiyi və İ.Əliyevin də “İran Khodro” zavodunun açılışında iştirak etdiyi, istehsal olmuş avtomobili bizim səhlənkarlığımız və tolerantlığımız üzündən yəhudiləşmiş xəzər tayfasının adını haqsız olaraq İranın şimal gölünə verildiyi adla adlandırdığı Neftçalada keçirdi.

Bakının aşkar fitnələrindən biri də həmin son vaxtlarda anti-İran peyk kanalı olan “Günaz TV” sədri Əhməd Obalının Bakıya səfəri idi. Bu kanal separatçılıq və azərilər arasında İrana qarşı nifrət yaratma təbliğatı aparmaq məqsədilə yayımlanır. Onun bu səfərində təhriflə dolu “Urmu” (pantürkçülərin Urmiyaya verdikləri ad) əsərinin təqdimatı oldu. Nifrət yaradan bu ünsür Bakı mediasının təşkilatçılarının bəziləri ilə söhbət etdi. “Yeni Musavat” internet saytı Əhməd Obalının bu qəzetin qonağı olduğunu yazdı. Günaz-ın Bakıdakı studiyasının müdiri Araz Obalı ilə birlikdə Yeni Musavatın qonağı olan Ə. Obalı Günaz TV əfsanəsinin formalaşmasından, Amerikada yaşayan azərbaycanlıların vəziyyətindən və digər mövzulardan danışıb, İranla düşmən olan bir kanalın Bakıda studiyasının olmasına, Azərbaycan Respublikasıda İrana qarşı nifrət yaradacaq televiziya verlişləri hazırlaya bildiklərinə, Bakı deputatları, siyasi partiya fəalları ilə canlı əlaqələr yarada bildiklərinə görə sevindiyini bildirib. Həmin millətçi və təxribatçı ünsür Bakı medialarına verdiyi müsahibəsində İranın azərilər yaşayan bölgələrində Televiziya-Radio Şirkətinin yayımladığı verlişləri lağa qoyub, İranda yayılmış azəri dilini “fazəri” adlandırıb, İran azəriləri arasında Bakı ləhcəsinin yayılmasını istəyib.

Bakının İran əleyhinə düşmənçilik xarakteri daşıyan açıq-aşkar şeytan əməllərinin yanında əsaslı, həssas və təhlükəsizlik məsələləri də vardır. İran-Azərbaycan münasibətlərində son illərdə bu məsələlərə qarşı həssaslıq çox kəskin quruyub. Azərbaycan Respublikası sinoist rejimin hərbi bazasına və silah anbarına çevrilib. Siyasi əhəmiyyətsizlik İranın təhlükəsizlik məsələsində belə bir böyük təhlükəyə diqqət yetirməyə mane olub. Bu vəziyyəti görən Bakı, hətta silahlı qüvvələrin yaradılması günü münasibətilə keçiriləcək paradda nümayiş olunacaq sionist rejimdən alınmış silahlara tamaşa etmək üçün İran İslam Respublikasının müdafiə nazirini bu ölkəyə dəvət edib.

Sionist rejim ilə əlaqələndirilmiş bu məkirli siyasət çərçivəsində Bakı mediaları xəbər verdilər ki, Bakının daim “Azərbaycanın dostu” adlandırdığı sionist rejimin müharibə naziri Aviqdor Libereman 26 iyunda hərbi paradda iştirak etmək üçün Bakıya edəcəyi səfərini ləğv edib və bunu İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin bu mərasimdə iştirak edəcəyi ilə əlaqələndirib.

Bakı rəsmiləri və medaiları bu vasitə ilə təlaş edirlər ki, sözügedən mərasimə dəvət olunmuş İran rəsmilərini bu mərasimdə iştirak etməyə təşviq etsinlər.

Qısası, əgər İran siyasətçiləri Azərbaycan Respublikası qarşısında zəif əməl etsələr, öz səhlənkarlıqlarını davam etdirsələr, onda Bakı sionistlərinin İrana gözlənilməz, ziyanlı və əvəzini çıxmaq çox məhdud olan, yaxud ümumiyyətlə əvəzini çıxmaq mümkün olmayan siyasi zərbələr endirməsinin intizarında olmaq lazımdır.

 

Mənbə

Tag və ya açar söz

Azərbaycan Respublikası rəhbərliyinin İran İR-na qarşı xain və fitnəkar siyasətləri davam edir

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter