- Cümə
İyul 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İngiltərənin Ərəbistanın cinayətlərinə dəstək verməsi Londonda etirazlara səbəb olub

2018/06/23, 12:46


İngiltərənin Ərəbistanın cinayətlərinə dəstək verməsi Londonda etirazlara səbəb olub

İngiltərədə bir qrup parlament üzvü, universitet müəllimi və incəsənət ustası bu ölkənin baş nazirinin ofisi önünə toplaşaraq, Londonun Ərriyadın hərbi cinayətlərinə dəstək verməsini pisləyibdir.

İngiltərədə bir qrup parlament üzvü, universitet müəllimi və incəsənət ustası bu ölkənin baş nazirinin ofisi önünə toplaşaraq, Londonun Ərriyadın hərbi cinayətlərinə dəstək verməsini pisləyibdir.

Aksiyaçılar səud rejiminin Yəməndə insan haqlarını aşkar şəkildə pozmasına toxunaraq, Londonun hökumət başçılarından Ərəbistana silah satışını dayandırmalarını tələb ediblər.

Əllərində plakatlar tutmuş aksiyaçılar səud rejimindən də istəyiblər ki, Yəmən xalqını qırmağı və yəmənliləri aclıqda saxlamağa son qoysun.

Onlar şüar verirdilər: Səudi! Yəməndən əlini çək!

Aksiyaçılar bildiriblər ki, İngiltərə hökuməti Yəmənin Əlhudəydə şəhərinə qarşı hərbi addım üçün əmirliklər və səud rejimi ilə sövdələşibdir.

Onlar habelə İngiltərənin baş naziri Tereza Meyə məktub ünvanlayaraq, bu ölkənin səud rejiminin Yəmənin Əlhudəydə şəhərinə qarşı hücumunu himayə etməsinə etiraz ediblər.

Anti-müharibə koalisiyası təşkilatının üzvlərindən olan Stefan Bil deyib ki, Yəmənin vəziyyətindən nigarançılıq ifadə etməkdə davam edən İngiltərə hökuməti əmirlikləri və səud rejimini silahla təmin edir.

 

Mənbə

Tag və ya açar söz

İngiltərənin Ərəbistanın cinayətlərinə dəstək verməsi Londonda etirazlara səbəb olub

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter