- Cümə axşamı
İyul 23, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Ali-Səudun regiondakı müdaxiləsi və biabırçı məğlubiyyətləri

2018/06/18, 14:15


Ali-Səudun regiondakı müdaxiləsi və biabırçı məğlubiyyətləri

İŞİD terror qruplaşmasının yaradılmasında böyük rola malik olan Səudiyyə Ərəbistanı son dövrlərdə ardıcıl məğlubiyyətləri təcrübə edirlər. İraq və Suriyada heç nə əldə etməyən Ali-Səud Bəhreyn və Yəməndə nəyin bahasına olursa olsun, hər şeyə nəzarət etmək istəyir, Livan biabırçılığından dərs almamış kimi, yenə də Livanı qarışdırmağa çalışır.

İŞİD terror qruplaşmasının yaradılmasında böyük rola malik olan Səudiyyə Ərəbistanı son dövrlərdə ardıcıl məğlubiyyətləri təcrübə edirlər. İraq və Suriyada heç nə əldə etməyən Ali-Səud Bəhreyn və Yəməndə nəyin bahasına olursa olsun, hər şeyə nəzarət etmək istəyir, Livan biabırçılığından dərs almamış kimi, yenə də Livanı qarışdırmağa çalışır.

Hələ də bu sakit sahilin arzuların limanı olduğunu düşünürlər. Səudiyyəlilər Livanda vətəndaş müharibəsi arzusuna çatmaq üçün Həririnin məcburi istefası qırmızı işığına da çatmışdılar.

Fransa prezidenti Emmanuel Makron deyib: Livan böhrandan çıxmasaydı, çox ehtimal bu ölkədə indi müharibə vardı.

Livanlı hüquq fəalı deyib: Səudiyyəlilər Livanda vətəndaş müharibəsi yaratmaq istəyirdilər. Çünki müqavimətin Suriya və İraqdakı qələbələrindən çox narazı qalmışdılar.

Berlin Fierer Araşdırmalar Mərkəzinin bildirdiyinə görə, 2011-ci ildən 2018-ci ilədək Suriyada 8800-dən çox Ərəbistan vətəndaşı müxtəlif terror qruplarının tərkibində öldürülmüşlər.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah deyib: Bir Ərəbistan rəsmisinin “İŞİD-ə qalib gəlməkdə biz şərikik” deməsi çox gülüncdür. Deməli belə, siz bir əməliyyatda olduğunuzu deyin, deyin ki, komandanları və əsgərləri harada olublar?

Guardianın yazdığına görə, İraqda İŞİD-in özəyinin yetişdirilməsində əsas məsulu Ali-Səud olub.

Bir insan haqları fəalı deyib: Ər-Riyad nəzərdə tutduğu məqsədləri əldə etmək üçün terror təşkilatları və qruplarını dəstəkləyir. ABŞ, İngiltərə və Fransa sükut ediblər.

İndi isə Ali-Səudun regiondakı müharibə ocağı Yəməndə uşaqları qətlə yetirmə meydanıdır. İndiyədək 11 min nəfər, o cümlədən 2500 günahsız uşaq öz həyatını itirmişdir.

Yəmən rəsmisi deyib: Yəmənə təcavüz dördüncü ilə keçib. Ərəbistan və BƏƏ rejimlərinin ABŞ və sionistlərlə münasibətləri Yəməndə müqavimət mehvərinə zərbə vurmaq və soyqırımı törətmək üçündür.

Təkcə yəmənlilər deyil, Ərəbistanın cənub-şərq qonşusu Bəhreyn də səudiyyəlilərin zülmündən amanda deyillər.

Bəhreynli insan haqları fəalı deyib: 4 min məhbusdan əlavə, 200 nəfər şəhid olub və 750 bəhreynlinin vətəndaşı ləğv olunub. Səudiyyəlilər bu cinayətlərdə əsas şərikdirlər.

Bütün bu cinayətlərin kənarında Yəmən vətəndaşlarının qırğın edilməsində iştirak etmədiyi və Ərəbistan rəsmilərini ifşa etdiyinə görə, Qətərin də boykot edilməsi Ali-Səudun iç üzünü hamıya göstərib.

Qətər rəsmisi deyib: Bizi İranla münasibətlərdə suçlayırsınız? Allaha and olsun, İran dövləti şərafətlidir. Siz bizə zərbə vurduğunuzu düşünürsünüz? Əslində Fars körfəzi ailəsinə zərbə dəyir. Hətta heyvanlar da sizin şərrinizdən amanda qalmayıblar.

Bir siyasətçi deyib: Biz regionda yeni siyasi düzülüş mərhələsindəyik. Hakimlərinin müdaxiləçi siyasətlərinə görə, Ərəbistanın təcrid olması və öz xalqlarına arxalanaraq müqavimət mehvərinin güclənməsinin şahidiyik. Bunun bariz nümunəsi Livanda parlament seçkiləri idi.

Livanda seçki atmosferinə zərbə vurmaq istiqamətində külli miqdarda vəsaitlər xərclədikdən sonra, bəlkə də bu günlərdə Ali-Səudun ən böyük məğlubiyyəti müqavimətlə eyni istiqamətdə olan qrupların qələbə çalması və parlamentin deputat mandatlığının 60%-ni qazanmasıdır.

Başqa bir insan haqları fəalı deyib: Səudiyyəlilərin 200 milyon dollarlıq vəsait xərcləməsinə rəğmən, müqavimətlə eyni istiqamətdə hərəkət edən qrupların 70%-dən çox yeri əldə etməsi ilk dəfədir. Xalqın bu seçiminin mənası Livanda səudiyyəli-amerikalı siyasətlərin məğlubiyyətə uğramasıdır.

Livanın bəzi siyasi şəxsiyyətləri, o cümlədən nazirlər kabinetinin təşkil olunması ərəfəsində baş nazirin Ərəbistana çağrılması Ali-Səudun nakam qalan gəmisinə liman tapmaq üçün başqa bir səydir.

Ər-Riyad hakimləri amerikalı həvəs dənizində irəliləyirlər. Amma heç vaxt röyaları üçün sahil tapmayacaqlar.

 

Mənbə

Tag və ya açar söz

Ali-Səudun regiondakı müdaxiləsi və biabırçı məğlubiyyətləri

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter