- Cümə
İyul 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Səud qəbiləsi on minlərlə yəmənlinin qatıldığı dəfn mərasimini aviazərbələrlə hədəfə alıb

2018/04/28, 10:56

Səud qəbiləsi on minlərlə yəmənlinin qatıldığı dəfn mərasimini aviazərbələrlə hədəfə alıb

Səudiyyə Ərəbistanı terror etdiyi yəmənli lider Saleh Səmmadın dəfninə gələn on minlərlə yəmənlini qorxutmaq üçün mərasimin keçirildiyi Səbin meydanının ətrafını bir neçə hava zərbələri ilə hədəfə alıb.

Səudiyyənin hərbi təyyarələrinin Səbin meydanının ətrafına hava zərbələrində ölən və yaralananlar var.

Qeyd edək ki, Səudiyyənin terror etdiyi Saleh Səmmad Yəmən Ordusu və husilərin nəzarətində olan bölgələri idarə edən müvəqqəti hakimiyyətin prezidenti hesab edilirdi. O cari ayın 14-də hava zərbələri ilə terror edilib.

Ötən gündə Səudiyyənin Sənaya endirdiyi digər hava zərbələri isə bir xəstəxananın tam dağılması ilə və eləcə də Yəmənin müdafiə nazirliyinin binasının xəsarət alması ilə nəticələnib.

Yəmənlilər bu gün paytaxt Sənanın mərkəzi Səbin adlı meydanında izdihamlı dəfn mərasimi keçirirlər.

Xatırladaq ki, Yəmənin Ali Siyasi Şurasının sədri əl-Hudeyda əyalətində əhaliyə baş çəkən zaman Səudiyyə rejiminin təyyarələrinin hava zərbələrinə məruz qalaraq şəhid olub.

Yəmən Ordusu o zaman bəyanat yayaraq bu haqda ölkə xalqına başsağlığı vermiş və Səudiyyə Ərəbistanına tutarlı cavabın veriləcəyini və intiqamın alınacağını vəd etmişdi.

Mənbə

Tag və ya açar söz

Səud qəbiləsi on minlərlə yəmənlinin qatıldığı dəfn mərasimini aviazərbələrlə hədəfə alıb

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter