- Cümə axşamı
İyul 23, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Səud qəbiləsi Yəməni “sahmana” saldı, indi də Suriyaya qüvvə göndərməyə hazır olduğunu bildirir

2018/04/18, 10:27


Səud qəbiləsi Yəməni “sahmana” saldı, indi də Suriyaya qüvvə göndərməyə hazır olduğunu bildirir

“Səudiyyə Ərəbistanı daha böyük koalisiya çərçivəsində Suriyaya qüvvə göndərməyə hazırdır”

“Səudiyyə Ərəbistanı daha böyük koalisiya çərçivəsində Suriyaya qüvvə göndərməyə hazırdır”

Bunu Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cubeyr deyib.

Qeyd edək ki, bundan öncə “Wall Street Journal” qəzeti Suriyadan hərbçilərini çəkmək istəyən ABŞ prezidenti Donald Trampın, onların əvəzinə Suriyanın şimal-şərqində Misir və Fars Körfəzinin Ərəb krallıqlarının əsgərlərinin yerləşdirilməsi üçün danışıqlar apardığını yazmışdı.

Adil əl-Cubeyr ötən gün BMT baş katibi Antonio Quterreşlə birgə mətbuat konfransında bildirib ki, Səudiyyə Ərəbistanı indi deyil Barak Obamanın zamanında da Suriyaya ər-Riyadın başçılıq etdiyi “terrora qarşı hərbi koalisiya” qüvvələrinin (və ya Səudiyyə rəsmilərinin ifadəsi ilə “Hərbi İslami Koalisiya”) göndərilməsini təklif etmiş, lakin o zaman bu məsələyə baxılmamışdı.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və eləcə də Misirin hal-hazırda Yəmənə müdaxilədən dolayı daha bir ölkəyə qüvvə göndərməkləri təxmin edilmir. Bundan savayı Misirin Şimali-Sinada intensiv əməliyyat aparması da Misir kimi ərəb dövlətini bu məsələdən müəyyən mənada istisna edir.

Bəzi ekspertlərin fikrinə görə ABŞ Suriyadan qüvvələrinin çıxarılması iddiaları fonunda Bəşər Əsədi hakimiyyətdə istəməyən, İranın və Rusiyanı burada olmasını istəməyən totalitar ərəb rejimlərindən daha iri məbləğlər qoparmaq istəyir.

 

 

 

Mənbə

Tag və ya açar söz

Səud qəbiləsi Yəməni “sahmana” saldı، indi də Suriyaya qüvvə göndərməyə hazır olduğunu bildirir

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter