- Bazar ertəsi
İyul 20, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Ayətullah Xameneidən İranın Yaxın Şərqdəki varlığına dair açıqlama

2018/03/09, 13:31


Ayətullah Xameneidən İranın Yaxın Şərqdəki varlığına dair açıqlama

İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyid Əli Xamenei ölkəsinin Yaxın Şərqdəki varlığından danışıb.

İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyid Əli Xamenei ölkəsinin Yaxın Şərqdəki varlığından danışıb.

 

Bu barədə "Reuters" xəbər verib.

İranın ali dini lideri Ayətullah Əli Xamenei "Avropa ölkələri bizə gəlir və bölgədəki İran varlığıyla bağlı müzakirə aparmağımızı istəyir. Bu sizin işiniz deyil. Bura bizim regionumuzdur. Siz nə üçün buradasınız?", - sualını verib.

Ayətullah Xamenei İranın varlığına dair yalnız regiondakı digər ölkələrlə görüş keçirəcəklərini söyləyib.

Ali dini lider "ABŞ-la yalnız Amerikada var olmaq istəyəndə müzakirə apararıq", - deyə vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İranın Yaxın Şərqdəki təsiri məhdudlaşdırılmasa, nüvə müqaviləsindən geri çəkiləcəklərini açıqlamışdı.

Qeyd edək ki, ABŞ İranın Suriya hökumətinə verdiyi dəstəkdən narahatlıq duyur.

 

 

 

Mənbə

Tag və ya açar söz

Ayətullah Xameneidən İranın Yaxın Şərqdəki varlığına dair açıqlama

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter