- Çərşənbə
May 27, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

ABŞ Azərbaycan dəyərlərini mənimsəməyə başlayıb: Tramp da İlham Əliyev kimi ömürlük prezident olmaq istəyir

2018/03/06, 08:24


ABŞ Azərbaycan dəyərlərini mənimsəməyə başlayıb: Tramp da İlham Əliyev kimi ömürlük prezident olmaq istəyir

Azərbaycan Respublikası prezidenti  İlham Əliyev rəhbərlik etdiyi dövlətin analoqu olmayan inkişaf tempi və ölkədə əldə olunan yeni nailiyyətlər barədəki çıxışlarından birində qeyd etdi ki, "biz çox Qərb dəyərləri kimi terminlər eşitmişdik. İndi artıq Qərb bizdən bəzi şeyləri öyrənməlidir"

Azərbaycan Respublikası prezidenti  İlham Əliyev rəhbərlik etdiyi dövlətin analoqu olmayan inkişaf tempi və ölkədə əldə olunan yeni nailiyyətlər barədəki çıxışlarından birində qeyd etdi ki, "biz çox Qərb dəyərləri kimi terminlər eşitmişdik. İndi artıq Qərb bizdən bəzi şeyləri öyrənməlidir"

 

"Truth NGO" xəbər verir ki, rəngarəng referendumlar vasitəsilə ölkə Konstitusiyasını dəfələrlə dəyişərək, sonda özünün ömürlük olaraq Azərbaycan Respublikası prezidenti vəzifəsində qalmasını təmin edən İlham Əliyevin Qərbə ünvanladığı bu təklifi artıq bəhrəsini verib. Hətta özünü "demokratiya beşiyi" adlandıran ABŞ kmi bir nəhəng dövlətin  prezidenti Donald Tramp müəlim belə, artıq ömürlük prezident ideyasını dəstəkləməyə başlayıb.

Düzdür, Donald Tramp ömürlük prezidentliyi alqışlayarkən Çin prezidentinin bu sahədəki cəhdlərini misal gətirib və güya ondan ilhamlandığını deyib. Əslində isə Çindən qabaq bu kimi cəhdləri Azərbaycan prezidenti edib və  analoqu olmayan referendumlar vasitəsilə ölkə Konstitusiyasına elə analoqu olmayan maddələr əlavə edib ki, Çin və ABŞ kimi nəhəng dövlətlərin belə bundan ilhamlanmaq məcburiyyətində qaldıqları ehtimal edilə bilər.

Təbii ki, ABŞ boyda bir dövlətin prezidenti Donald Trampın - özünü və ölkəsini Azərbaycan Respublikası və onun prezidenti ilə müqayisə etməsi xoşagəlməz görünə və Amerikanın nüfuzuna xələl gətirə bilərdi. Bu səbəbdən də ABŞ prezidenti ömürlük prezidentliyi alqışlayarkən Çinin rəhbərinin addımlarını misal gətirərək ölkəsini Çin kimi bir nəhənglə müqayisə edib ki, bu da təbiidir.

Beləki, ABŞ prezidenti Si Tzinpinin Çini bir adamın diktaturası erasına qaytarmaq cəhdini tərifləyib, onu "böyük" lider adlandırıb və onun "ömürlük" vəzifədə qalmaq niyyətini təqdir edib.

Donald Trump Çin prezidentinin qeyri-müəyyən müddətə hakimiyyətdə qalmağa yönəlmiş hərəkətlərini alqışlayıb və deyib ki, Amerika da bəlkə bir gün bu yolu seçə bilər. Bu barədə İngiltərənin "The Independent" yazıb.

Çinin doğrudan da son dövrdə ən güclü liderlərindən biri olan Si 2012-ci ildə hakimiyyətə gəlib və onun bu postda 2023-cü ilədək qalacağı gözlənilirdi. Amma hakim Kommunist Partiyası prezidentliyi iki müddətə məhdudlaşdıran Konstitusiya maddəsini ləğv edib. Beləliklə ölkənin avtoritar lideri istədiyi qədər hakimiyyətdə olmaq imkanı əldə edib.

"O, indi ömürlük prezidentdir. O, böyük adamdır" – deyə Tramp onun Mar-a-Lago malikanəsinə fondtoplama ziyafətinə gəlmiş respublikaçılara deyib.

"Buna baxın e, o, bunu edə bildi. Düşünürəm ki, bu, əladır. Bəlkə bunu bir gün biz də yoxladıq" - CNN-nin verdiyi xəbərə görə isə Tramp belə deyib.

Cənab Trampın cənab Si-ni tərifləməsi demokrat millət vəkili Ro Khanna tərəfindən kəskin tənqid olunub. O, belə bir tvit yazıb: "Bilmirəm, bu zarafatdır, ya yox, amma Si Tzinpinin ömürlük prezident olmasını alqışlamaq ən qeyri-Amerika hərəkətidir. Gorun çatlasın, George Washington".

ABŞ prezidentləri bir qayda olaraq, hər biri 4 il olan iki müddətə seçilə bilərlər. Yalnız 1932-ci ildə seçilmiş Franklin Ruzvelt dörd müddət prezident olub. 1951-ci ildə ABŞ Konstitusiyasına edilmiş düzəliş prezidentliyə iki müddətlik məhdudiyyət qoyub.

Tag və ya açar söz

ABŞ Azərbaycan dəyərlərini mənimsəməyə başlayıb: Tramp da İlham Əliyev kimi ömürlük prezident olmaq istəyir

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter