- Cümə
İyul 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

"Amnesty İnternstional"dan Fransaya Səud rejiminə silah satmaması üçün xəbərdarlıq

2018/02/25, 00:05


Amnesty İnternstional təşkilatının silahlı toqquşmalar bölməsinin rəhbəri Fransanın bu ölkələrə silah satışını dayandırmasına çağırıb.

Amnesty İnternstional təşkilatının silahlı toqquşmalar bölməsinin rəhbəri Fransanın bu ölkələrə silah satışını dayandırmasına çağırıb.

 

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmənə qarşı cinayətlərinin geniş vüsət aldığını nəzərə alaraq Amnesty İnterational  təşkilatının ("Beynəlxalq Əfv Təşkilatı") silahlı toqquşmalar bölməsinin rəhbəri Fransanın bu ölkələrə silah satışını dayandırmasına çağırıb.

Əl-Cəzirə telekanalı bildirib ki, Beynəlxalq Amnistiya Təşkilatının silahlı toqquşmalar bölməsinin rəhbəri Nina Valş deyib: Fransanın silah satdığı ölkələr arasında Səudiyyə Ərəbistanı ikinci, BƏƏ isə altıncı yerdə durur və bu ölkələrə silah satışının dayandırılması böyük zərurət daşıyır.

Valş həmçinin Yəmənə qarşı hərbi cinayətlərdə Amerika, Britaniya və Braziliya silahlarından istifadə barədə həyata keçirilmiş araşdırmaların nəticələrini təsdiqləyib.  Qeyd edək ki, bu təşkilatın Qərbi Asiya Hissəsi Direktoru Leyn Malev də ötən il bəyanat verərək "Səudiyyə Ərəbistanının Yəməndə törətdiyi sonuncu cinayət haqqında təcili bir araşdırma aparılmalıdır. Səudiyyə Ərəbistanının etdikləri beynəlxalq qanunlara zidd və insan hüquqlarının pozulması deməkdir.", -deyə qeyd etmiş və Səud rejiminin hərbi cinayət etdiyini təsdiqləmişdi.

 

 

 

Mənbə

 

Tag və ya açar söz

"Amnesty İnternstional"dan Fransaya Səud rejiminə silah satmaması üçün xəbərdarlıq

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter