- Cümə
İyul 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Səudiyyə və BƏƏ Yəməndə qətliam törədirlər - Nobel sülh mükafatçısı

2018/02/03, 13:07


Səudiyyə və BƏƏ Yəməndə qətliam törədirlər - Nobel sülh mükafatçısı

2011 Nobel sülh mükafatına layiq görülmüş yəmənli fəal Təvəggül Kerman bildirib ki, gələcək fəaliyyətində Səudiyyə və BƏƏ-nin Yəməndə törətdikləri cinayətlərinin üstünü açacaq

2011 Nobel sülh mükafatına layiq görülmüş yəmənli fəal Təvəggül Kerman bildirib ki, gələcək fəaliyyətində Səudiyyə və BƏƏ-nin Yəməndə törətdikləri cinayətlərinin üstünü açacaq

 

Bunu 2011 Nobel sülh mükafatına layiq görülmüş yəmənli fəal Təvəggül Kerman öz facebook səhifəsində yazıb.

O yazıb ki, “Səudiyyənin vəliəhdi Məhəmməd bin Salman və BƏƏ-nin vəliəhdi Məhəmməd bin Zayid Yəmən xalqı barədə qətliama əl atıblar”

Yəmənli nobel sülh mükafatçısı bildirib ki, Səudiyyə koalisiyası husilərin və Əli Abdullah Salehin Yəməndəki çevrilişini və İranın Yəməndəki maraqlarını bəhanə edərək Yəməndə cinayətlər törədirlər.

O görəcəyi tədbirlər haqda belə yazıb:

“Britaniyada keçiriləcək beynəlxalq zirvə toplantısında deyəcəyəm ki, Bin-Salman və Bin-Zayid Yəmən xalqı haqda qətliama əl atıblar. Bütün insan hüquqları üzrə fəallara, Avropadakı və hətta beynəlxalq məhkəmələrə onları muhakimə etmək üçün çağırış edəcəyəm”

Xatırladaq ki, Səudiyyə və koalisiyası 2015-in martından Yəmənə hücuma keçib. Bu hücum nəticəsində 20 min civarında mülki insan həyatını itirib.

 

 

 

Mənbə

 

Tag və ya açar söz

Səudiyyə və BƏƏ Yəməndə qətliam törədirlər - Nobel sülh mükafatçısı

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter