- Bazar
İyul 19, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Sionist rejiminin cinayətkar siyasəti üzündən Qəzzada suyun 97%-i içməyə yararsızdır

2018/01/31, 09:40


Sionist rejiminin cinayətkar siyasəti üzündən Qəzzada suyun 97%-i içməyə yararsızdır

2 milyondan çox fələstinlinin yaşadığı Qəzza sektorunun suyunun 97 faizdən çoxu içməyə yararsızdır.

2 milyondan çox fələstinlinin yaşadığı Qəzza sektorunun suyunun 97 faizdən çoxu içməyə yararsızdır.

 

11 ildir ki, 3 tərəfdən sionist İsrail rejimin hərbi qüvvələri ilə mühasirəyə alınmış Qəzza zolağının məzlum fələstinli sakinləri içməli sudan sarı əziyyət çəkirlər. Hələ buraya ikinci sutəmizləyici qurğu çəkilən zaman Birləşmiş Millətlər Təşkilatının humanitar və inkişaf tədbirləri üzrə yerli əlaqələndiricisi Robert Piper bildirmişdi ki, Qəzza sektoruna təcili olaraq irimiqyaslı su və enerji vasitələri qurulmalıdır, insanların suya olan tələbləri artır və biz bunun gerisində qalırıq.

Sionist rejimi buraya olan 11 illik zülmünü qəhrəman fələstinlilərin 2007-ci ildə HƏMAS müqavimət hərəkatına səs verərək onları özlərinin idarəedicisi seçmələrindən sonra başlayıb. O zaman İsrail rejimi Qəzzaya üç tərəfdən şiddətli hava zərbələri endirərək, 5 minədək fələstinlini öldürmüş, 30 minini yaralamış və 200 minədək evi qismən və ya tamamilə dağıtmışdı. Qəzzanın cənub hissəsi isə Misirlə sərhəd olduğundan başlanıb beləliklə Qəzza hərtərəfli mühasirədə qalıb.

Qəzzanın Sahil Bələdiyyələrinin Su Kanalının direktoru Muzir Şublaq bildirib ki, mövcud sutəmizləyici qurğu kiçik istehsalatına baxmayaraq Qəzza sakinlərinə su prolemlərinin həllinin tapılması simvoludur və yeni sutəmizləyici qurğu da artıq qatar yolu ilə gətirilməkdədir.

Yeni qurğu işə salınandan sonra əvvəlcə günə Qəzzanın kiçik hissəsinin su ilə təmin edəcək - günə 6 min kubmetr su. Qəzza sakinləri gündəlik olaraq 150 min kubmetr su istifadə edir.

Qəzza sakinlərinə olan zülmlərdən biri də buraya olan elektrik enerjisinin çatışmazlığıdır. Yeni qurulacaq sutəmizləyici qurğunun sionist rejim tərəfindən vurulmayacağı isə zəmanətli deyil.

 

 

 

 

Mənbə

Tag və ya açar söz

Sionist rejiminin cinayətkar siyasəti üzündən Qəzzada suyun 97%-i içməyə yararsızdır

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter