- Cümə
İyul 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Səudiyyə təyyarələri Yəməndə bir tarlanı vurub – 10 fəhlə qadın həlak olub

2017/12/30, 08:08


Səudiyyə təyyarələri Yəməndə bir tarlanı vurub – 10 fəhlə qadın həlak olub

Səudiyyə Ərəbistanın hərbi təyyarələri Yəmənin əl-Hudeyda əyaləti ərazisində bir tarlaya hava zərbələri endirib. Burada işləyən qadınlardan 10-u həlak olub.

Səudiyyə Ərəbistanın hərbi təyyarələri Yəmənin əl-Hudeyda əyaləti ərazisində bir tarlaya hava zərbələri endirib. Burada işləyən qadınlardan 10-u həlak olub.

 

Bu barədə Yəmənin əl-Məsira telekanalına istinadla məlumat verir.

Bildirilib ki, bu gün səhər saatlarında əl-Hudeyda əyalətinin əl-Xuxa rayonunun əl-Qutabə bölgəsində bir tarlaya Səudiyyə Ərəbistanın hərbi təyyarələri tərəfindən hava zərbələri endirilib. Nəticədə 10 fəhlə qadın həlak olub.

Əl-Məsira telekanalı bildirir ki, dekabrın əvvəlindən indiyə qədər aviazərbələr səbəbindən təkcə 4 əyalətdə 600 mülki şəxs ölüb və yaralanıb. Carı həftədə Təiz əyalətində Səudiyyənin hava zərbələrində 70-dən çox mülki şəxs həlak olub.

Səudiyyə və koalisiyası Yəmənə hücumu 2015-in martından başlayıb. Bu müharibədə təqribən 20 min mülki insan həlak olub.

 

 

Mənbə

 

Tag və ya açar söz

Səudiyyə təyyarələri Yəməndə bir tarlanı vurub – 10 fəhlə qadın həlak olub

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter