- Cümə
İyul 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Səudiyyənin Yəməndə davam etdirdiyi qətliamın 1000-ci günü - Təfərrüat

2017/12/22, 17:59


Səudiyyənin Yəməndə davam etdirdiyi qətliamın 1000-ci günü - Təfərrüat

Səudiyyə Ərəbistanı və BƏƏ-nin Yəməndə apardığı dinc sakin qətliamının mininci günü geridə qalıb.   Ölkədə 7 milyondan çox insan aclıq və qıtlıqla üz-üzədir.

Səudiyyə Ərəbistanı və BƏƏ-nin Yəməndə apardığı dinc sakin qətliamının mininci günü geridə qalıb.   Ölkədə 7 milyondan çox insan aclıq və qıtlıqla üz-üzədir.

 

Orta əsr xarabalığına çevrilən Yəmən, dünyanın ən böyük vəba epidemiyasından əziyyət çəkir. Ölkədə qəsəbə və şəhərlərdə təmiz su demək olar ki, yox səviyyəsindədir. Xəstəxanalarda dərman qalmayıb və difteriya halları artıb.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yəməndəki aclığı kütləvi qırğın silahı kimi istifadə edir. Ər-Riyad və Əbu Dabinin apardığı müharibənin 1000-ci günündə bölgə xalqı heç vaxt yaşamadığı aclığı yaşayır. Mərkəzi İngiltərədə yerləşən "Oxfam" Yəməndəki böhran prosesində təxminən 5 min 300 vətəndaşın həyatını itirdiyini, 3 milyon insanın evlərindən didərgin düşdüyünü və təxminən 1 milyon nəfərin vəba xəstəliyinə yoluxduğunu açıqlayıb. Mühasirə və tətbiq olunan embarqoya görə ölkəyə qida və tibbi ləvazimatın girişi mümkün deyil.

Açıqlamada "Oxfam" baş direktoru Mark Qoldrinq bildirib ki, Yəmən 1000 gün ərzində inkişaf etmiş müasir silahlarla bombalanıb. Mark Qoldrinq, "Bundan əlavə, indi də kütləvi aclıqdan müharibə silahı kimi istifadə edilir. Bir xalqın həyati əhəmiyyətə malik qidasını, dərmanını kəsmək heç vaxt yaşanmamış haldır. Bu davranış hər hansı bir əxlaq və insanlıq duyğusundan məhrum bir taktikadır" , - deyə söyləyib.

YƏMƏN ADALARI İŞĞAL ALTINDADIR  

Birləşmiş Ərəb Əmirlikləri Yəmənin sahil və adalarını praktiki olaraq işğal edib. Dünya ticarətinin damarlarından Bab əl-Məndib boğazında hərbi baza quran BƏƏ hərbi bazaların divarlarına kral üzvlərinin fotolarını da asıb. Yəmənlilər BƏƏ qüvvələrini, ölkədə strateji bölgələri və limanları ələ keçirmək üçün gizli bir istila planı aparmaqda ittiham edir.

BƏƏ-nin İŞGƏNCƏ ŞƏBƏKƏSİ  

BƏƏ 2015-ci ildən bəri daxili qarşıdurmaların baş verdiyi Yəməndə ölkənin müxtəlif yerlərində 8 ədəd gizli həbsxana yaradıb. Həbsxanalarda qeyri-insani əməliyyatlar aparılır. Dustaqlar mühakimə olunmadan, qanunsuz şəkildə saxlanılır. Məhkumlar ən adi hüquqlardan belə məhrum edilir. BƏƏ-nin işgəncə verdiyi yəmənliləri ABŞ rəsmiləri mühakimə edir.

 HƏR GÜN BOMBALANAN ŞƏHƏRLƏR  

Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələrinin bu həftə ərzində Şəbvə və Səada şəhərlərinə təşkil etdiyi hava hücumunda 25 dinc sakin həyatını itirib. Hərbi mənbələrdən verilən məlumata görə, koalisiya qüvvələrinin Beyhan əyalətinə aid Vadi Xar bölgəsində evi hədəf alan hava hücumunda əksəriyyəti qadın və uşaq olmaqla, 14 sakin öldürülüb. Bombardmanın bölgədəki qüvvələrlə Husilərin qarşıdurması zamanı həyata keçirildiyi bildirilir. Koalisiya qüvvələri ikinci hücumunu Husilərin qalası kimi tanınan S'ada şəhərində həyata keçirib. Hava hücumları nəticəsində 11 sakin dünyasını dəyişib.

 "ƏR-RİYAD VƏ ƏBU DABİNİ VURARIQ"  

Husi lideri Əbdülməlik Husi Səudiyyə Ərəbistanı və BƏƏ-yə müraciət edərək, "Əgər siz Yəməni hədəf seçsəniz, biz də cavab verəcəyik. Siz Sənanı bombalasanız, biz də Ər-Riyad və Abu Dabini vuracağıq" , - deyib.

Əbdülməlik Husi qeyd edib ki, Səudiyyə Ərəbistanının heç bir insani və şəri dəyərə hörməti yoxdur. O, "Düşmən 1000 gündür ki, müsəlman bir milləti yox etməyə və müstəqil bir ölkəni işğal etməyə çalışır" ,- deyə qeyd edib.

 

 

 

Mənbə

Tag və ya açar söz

Səudiyyənin Yəməndə davam etdirdiyi qətliamın 1000-ci günü - Təfərrüat

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter