- Bazar
İyul 19, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Daha bir amerikalı siyasətçi cinsi zorakılıqda suçlandı

2017/12/17, 12:09


Daha bir amerikalı siyasətçi cinsi zorakılıqda suçlandı

ABŞ Nümayəndələr Palatasının bir üzvü cinsi zorakılıqda suçlandıqdan sonra yenidən seçkilərdə iştirak etməyəcəyini deyib.

ABŞ Nümayəndələr Palatasının bir üzvü cinsi zorakılıqda suçlandıqdan sonra yenidən seçkilərdə iştirak etməyəcəyini deyib.

 

ABŞ Nümayəndələr Palatasında Nevada ştatının demokrat nümayəndəsi Robert Kihun şənbə günü bir bəyanat verərək bildirib: İrəli sürülən ittihamlar ardınca özü və ailəsinin mənafeyinə görə, Konqresdəki iştirakına son qoyacaq və seçkilərdə yenidən iştirak etməyəcək.

Məlumata görə, seçki mübarizələri zamanı iki qadın bu demokrat nümayəndəni cinsi zorakılıqda suçlayıb.

Bundan öncə də ABŞ Nümayəndələr Palatasının başqa bir üzvü Con Koniyers keçmiş əməkdaşları tərəfindən cinsi zorakılıqda suçlanmış və istefa vermişdi.

Həmçinin ABŞ Konqresinin üç üzvü və Donald Trmap cinsi zorakılıqda ittiham olunurlar.

Xatırladaq ki, son həftələr ərzində Trampı cinsi təcavüzdə günahlandıranlar sırasına - ABŞ-ın Fox  News telekanalının sabiq aparıcısı Juliet Haddy də qoşuldu.



 

 

 

Mənbə

Tag və ya açar söz

Daha bir amerikalı siyasətçi cinsi zorakılıqda suçlandı

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter