- Bazar ertəsi
İyul 20, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Səudiyyənin Fəlsətin planı... Vəliəhd Mahmud Abbasa bu məqsədlə 10 milyard dollar təklif edib

2017/12/15, 13:16


Səudiyyənin Fəlsətin planı... Vəliəhd Mahmud Abbasa bu məqsədlə 10 milyard dollar təklif edib

ABŞ-ın "The American Conservative" jurnalının yazarı və Yaxın Şərq üzrə araşdırmaçı Geoffrey Aronson Səudiyyə Ərəbistanının Fələstin planı barədə məqalə yazıb.

ABŞ-ın "The American Conservative" jurnalının yazarı və Yaxın Şərq üzrə araşdırmaçı Geoffrey Aronson Səudiyyə Ərəbistanının Fələstin planı barədə məqalə yazıb.

 

Geoffrey Aronson "Səudiyyə Ərəbistanı İordan çayının qərb sahilini İsrailə verməyə çalışdı?" adlı yazısında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Fələstin prezidenti Mahmud Abbasla Fələstinin alqı-satqısı barədə müzakirələrinin olduğunu iddia edib.

Amerikalı yazar 7 noyabrda Mahmud Abbasın Səudiyyəyə səfərinin pərdəarxası məqamlarını etibarlı mənbəyə istinadən qələmə alıb. Geoffrey Aronson yazır ki, Mahmud Abbasın Səudiyyə vəliəhdinin dəvəti ilə Ər-Riyada səfərinin səbəbi Məhəmməd ibn Salmanın Fələstin barədə ona xüsusi təklif etməsi olub.

Səudiyyə vəliəhdi Mahmud Abbasa Misirin Sinay yarımadasında Fələstin dövlətinin yaradılması təklifini qəbul etməsi müqabilində 10 milyard dollar vəd edib. Abbasın İordan çayının şərq və qərb sahilləri barədə Səudiyyə vəliəhdinə ünvanladığı suala, o, "Biz çalışarıq ki, bu barədə müzakirələr də davam etsin" , - deyə cavab verib.

Mənbə bildirib ki, Mahmud Abbas Səudiyə vəliəhdinin təklifinə nə hə, nə də yox deyib.   İsrailli nazirlərin də tez-tez çıxışlarında "Sinay sürgünü" layihəsi barədə danışmaları Səudiyyə vəliəhdinin Mahmud Abbası gözlənilməz şəkildə Ər-Riyada dəvət etməsi və bu təklifi irəli sürməsi iddialarının doğru olduğuna inam yaradır.

Ötən aylarda İordan çayının qərb sahilinin (Qərbi Şəriya) işğalı barədə qərar və müzakirələrin davam etdiyi vaxtda İsrailin Sosial Bərabərlik naziri Gila Qamliel, "Sinay yarımadası fələstinlilərə dövlət qurmaq üçün ən yaxşı yerdir" , sözləri ilə "Sinay sürgünü" layihəsini xatırlatmışdı.

Bəzi məlumatlarda Məhəmməd ibn Salmanın Mahmud Abbası təklifi qəbul etməyəcəyi təqdirdə, istefaya məcbur ediləcəyini söylədiyi qeyd edilir.

Dünən "France Press" agentliinə müsahibə verən Səudiyyə xarici işlər naziri Adil əl-Cubeyr jurnalistin Mahmud Abbasın Səudiyyədə istefaya məcbur edilmə iddiasını rədd edib.

 

 

 

Mənbə

Tag və ya açar söz

Səudiyyənin Fəlsətin planı... Vəliəhd Mahmud Abbasa bu məqsədlə 10 milyard dollar təklif edib

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter