- Bazar ertəsi
Avqust 24, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Ayətullah Xamenei: "Qüdslə bağlı qərar ABŞ-ın gücsüzlüyünün göstəricisidir, Fələstin azad olunacaq"

2017/12/06, 12:02


Ayətullah Xamenei:

İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyid Əli Xamenei Tehranda keçirilən İslam Birliyi adlı konfransın iştirakçıları ilə görüşüb.

İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyid Əli Xamenei Tehranda keçirilən İslam Birliyi adlı konfransın iştirakçıları ilə görüşüb.

 

Ayətullah Seyid Əli Xamenei görüş zamanı bildirib ki, ABŞ-ın Fələstinin işğal altında olan paytaxtı Qüdslə bağlı irəli sürdüyü iddialar onun gücsüzlüyündən irəli gəlir.

Ayətullah Xamenei, "Bu qərar ABŞ-ın bacarıqsızlığının göstəricisidir. ABŞ Fələstinlə bağlı istək və planlarını həyata keçirməkdə acizdir. Fələstinlilər azad olacaq, Fələstin zəfər çalacaq. Bölgədə bəziləri Amerikanın çaldığı hava ilə oynayırlar.İran İslam Respublikasının müsəlman dövlətləri ilə ixtilafı yoxdur. İran daxildə birliyə və qardaşlığa hakimdir. Müsəlman dünyasında birliyin və vəhdətin hökm sürməsini istəyirik. Düşmənlər müsəlmanların pullarından istifadə edərək bölgəni silah anbarına çevirmək istəyirlər. Qüds müsəlmanlara və fələstinlilərə məxsusdur. Regionda qlobal imperializmə yer yoxdur. Qüdsün azadlığı müsəlmanların ən uca hədəfidir. İran İslam Respublikası həmişə bölgədəki sülh və sabitliyə, coğrafi sərhədlərin dəyişdirilməsinə qarşı çıxıb. Müsəlmanlar Fələstin xalqı da daxil olmaqla, sionist rejimin paytaxtı olaraq Qüdsü elan etməsinə qarşı ayağa qalxmalıdırlar. İslam ölkələri və İslam Əməkdaşlıq Təşkilatı bu mövzuda böyük məsuliyyət daşıyır" , - deyə bildirərək məsələyə münasibətini bildirib.

Qeyd edək ki, ötən gecə ABŞ prezidenti Donald Tramp İsrail, İordaniya, Fələstin, Misir və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə müzakirə aparıb. O, Yaxın Şərq ölkələrinin liderlərinə bildirib ki, dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıya bilər.

 

 

 

Mənbə

Tag və ya açar söz

Ayətullah Xamenei: "Qüdslə bağlı qərar ABŞ-ın gücsüzlüyünün göstəricisidir، Fələstin azad olunacaq"

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter