- Cümə
Avqust 21, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

ABŞ-ın kürdlərlə razılaşıb İŞİD-i Raqqadan çıxarması öz təsdiqini tapdı - Təfərrüat (Video)

2017/11/14, 09:47


ABŞ-ın kürdlərlə razılaşıb İŞİD-i Raqqadan çıxarması öz təsdiqini tapdı - Təfərrüat (Video)

"BBC" jurnalistləri Suriyanın Raqqa şəhərindən minlərlə İŞİD üzvünün çıxmasını təmin edən ABŞ-ın dəstəklədiyi "Suriya Demokratik Qüvvələri" silahlılarının İŞİD-lə gizli razılığa gəlmələrinin təfərrüatlarını ortaya çıxarıblar.

"BBC" jurnalistləri Suriyanın Raqqa şəhərindən minlərlə İŞİD üzvünün çıxmasını təmin edən ABŞ-ın dəstəklədiyi "Suriya Demokratik Qüvvələri" silahlılarının İŞİD-lə gizli razılığa gəlmələrinin təfərrüatlarını ortaya çıxarıblar.

 

Qaçan terrorçular arasında təşkilatın ən əzazil qatilləri və çox sayda xarici terrorçuları olub. Bunlardan bəziləri Suriya əzarilərinə dağılarkən, bəziləri də Türkiyəyə keçməyi bacarıb.

TIR sürücüsü olan Əbu Fəvzi başqa bir iş üçün yola çıxmışdı. "Suriya Demokratik Qüvvələri" (SDQ) Əbu Fəvzidən Raqqadan çıxarılmalı minlərlə İŞİD üzvü olan karvana rəhbərlik etməsini istəyib.

İş azı 6 saat davam edəcəkdi. Ən azından onlara elə deyilmişdi. Lakin oktyabrın 12-də karvan yola çıxdıqda başa düşdülər ki, onları da aldatmışdılar. Əksinə, bu səfər tam olaraq 3 gün davam etdi və arxa tərəfdə minlərlə terrorçu, ailə və silah-sursatla ölümcül səyahətə çıxdılar.

Əbu Fəvzi və həmkarları bu işin gizli saxlanılması şərti ilə minlərlə dollar alacaqdı. 4 aydan çox davam edən müharibə, demək olar ki, Raqqada salamat yaşayış obyekti buraxmamışdı. Ərəblər, kürdlər və digər insanlar indi Raqqanı tərk etmək məcburiyyətində qalmışdılar. Bu köç dalğası şəhərdə olan İŞİD üzvlərinin də çölə çıxmasına şərait yaratdı.

Lakin ABŞ və dəstəklədiyi SDQ qüvvələri bu karvandakı rollarını qəbul etmirlər. "Raqqanın kirli sirri" dünyan üçün yeni təhdid yaratdı. Beləliklə, çox sayda İŞİD terrorçusu dünyanın 4 yanına yayıldı. Bu hadisəni gizlətmək üçün çox çabalar göstərildi. Lakin "BBC" və karvandakı şahidlər bu hadisəni müşahidə etmişdi.

Əbu Fəvzi, "Raqqaya daxil olduğumuz ilk gündən qorxu hissim baş qaldırmışdı. Sözdə SDQ bizə həmkarlıq edəcəkdi, amma şəhərə tək girdik. Şəhərə girər-girməz İŞİD üzvlərini gördük. Üzərlərində kamikadze jileti və ağır silahlar var idi. Hətta qadınlar da kamkadze jileti geymişdilər. Yol boyu tələlər qurmuşdular. İşlər səhv getsə, avtomobil karvanını partladacaqdılar. Kürdlərdən ibarət SDQ qüvvələri Raqqanı media nümayəndələrindən təmizləmişdi. Şəhrdə bircə öz media orqanları var idi. Onlar da bu görüntüləri yayımlamayacaqdılar", - deyə qeyd edib.

SDQ açıqlamasında az sayda İŞİD üzvünün şəhəri tərk etdiyini söyləmişdi. Lakin karvandan olan TIR sürücülərindən biri eyni şeyi demirdi: "Təqribən 4000 adam götürdük. Bunların içərisində qadınlar və uşaqlar da var idi. Raqqaya ilk girdiyimizdə sadəcə 200 nəfəri götürəcəyimizi hesab edirdik, amma təkcə mən 120 adam götürdüm"

Başqa TIR sürücüsü: "Karvan təxminən 6-7 km uzunluğunda idi. Təxminən 50 TIR, 13 avtobus, 100-dən çox İŞİD üzvünün idarə etdiyi avtomobillər var idi. Bəzi İŞİD komandirləri avtomobillərimizin ön oturacaqlarına üzləri qapalı şəkildə oturmuşdular. Razılaşmada sadəcə şəxsi silahların götürüləcəyi qeyd edilsə də, İŞİD üzvləri onlara məxsus bütün silah-sursatı özləriylə birgə götürmüşdülər. 10 TIR silah-sursatdan ibarət idi."

Müqaviləyə əsasən, ABŞ müdafiə naziri Cim Mattis heç bir xarici döyüşçünün Raqqadan çıxıb öz ölkəsinə geri dönməyəcəyini açıqlamışdı. Lakin başqa bir TIR sürücüsü belə demişdi: "Çox sayda xarici terrorçu var idi; Fransalı, türk, azəri, pakistanlı, yəmənli, səudiyyəli, çinli, tunisli, misirli və.s"

"BBC"-nin araşdırmalarına əsasən, İŞİD-ə qarşı beynəlxalq koalisiya qüvvələri Raqqadan İŞİD-in 250 üzvünün və ailələrindən ibarət 3500 nəfərin çıxdığını qəbul edir.

İŞİD-ə qarşı koalisiyanın amerikalı nümayəndəsi polkovnik Ryan Dillon, "Biz kimsənin ayrılmasını istəmədik. Lakin bu, strategiyamızın əsasını təşkil edir. Suriyada söz sahibi suriyalılardır. Orada döyüşənlər də, ölənlər də onlardır. Əməliyyatlarla əlaqədar qərarları qəbul edə bilərlər", - deyərək koalisiyanın razılaşmaya icazə verdiyini qeyd edib və bu işə qatılmadıqlarını söyləyib.  Geridə isə Raqqada 4 xarici terrorçu buraxılıb və hazırda SDQ onları dustaq kimi saxlayır.

Raqqanın şimalından çıxarkən şəhərin məhsuldar buğda və pambıq sahələri yol kənarında qaldı. Karvan əsas yola çıxdı və çöllükdə hərəkət edirdi. Əbu Fəvzi: "Yolda gedərkən bizə dedilər; Raqqa yenidən qurulduqda bizə xəbər edin, biz geri qayıdacağıq", - deyə bildirib.

Koalisiya qüvvələri bu karvanla bağlı razılaşmada iştirak etmədiyini hələ də qəbul etməsə də, göydən pilotsuz uçan aparat və digər vasitələrlə karvanı izlədiklərini qəbul edir.  Kavran SDQ-nin son nəzarət nöqtəsini keçdikdən sonra Həsəkə vilayətinin Markada və əl-Şuvar rayonlarının arasındakı kiçik bir kəndə çatmşdı. Əbu Fəvzinin TIR-ı İŞİD terrorçuları və silah-sursatla ağzına qədər dolmuşdu.

Əbu Fəvzi sonda təhlükəsiz yerə getdikdə SDQ üzvləri ondan terrorçuları harada düşürdüklərini soruşmuşdu. O da xəritədə onları düşürdüyü yeri barmağı ilə göstərmişdi.  SDQ silahlıları ,"Tramp əmiləri onları sonra vuracaq", - deyə bildirmişdi.

[video width="240" height="424" mp4="http://az.truthngo.org/wp-content/uploads/2017/11/63570945.mp4"][/video]

 

 

Mənbə

Tag və ya açar söz

ABŞ-ın kürdlərlə razılaşıb İŞİD-i Raqqadan çıxarması öz təsdiqini tapdı - Təfərrüat (Video)

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter