- Bazar ertəsi
İyul 20, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Sosial şəbəkələrdə qatilləri necə "qəhrəmana" çevirirlər (Foto 18+) - Həmid Türkinin məqaləsi

2017/10/03, 18:24


Sosial şəbəkələrdə qatilləri necə

İranda edam edilərkən gülümsəyən qatil əslində kimdir?

İranda edam edilərkən gülümsəyən qatil əslində kimdir?

 

2005-ci ilin avqust ayının 2-də Tehranda səs-küylü bir qətl hadisəsi baş verdi.  Tehran Məhkəməsinin 3-cü şöbəsinin tanınmış məhkəmə hakimi  Həsən Əhmədi-Müqəddəs,  şəhərin Əhməd Qəsir küçəsində silahlı terror hücumu nəticəsində qətlə yetirildi.  Hakim Əhmədi-Müqəddəs  bir çox səs-küylü məhkəmə işlərini  aparan bir təcrübəli hakim idi və ədalətli qərarları sayəsində dəfələrlə "nümunəvi hakim" dərəcəsinə layiq görülmüşdü. Hakim işdən evə qayıdarkən onu qətlə yetirdilər.



Aparılan operativ istintaq tədbirləri sayəsində işin üstü isti izlərlə açıldı. Qatillər - Məcid Kavusifər və onun qardaşı oğlu Hüseyn Kavusifər adlı cütlük idi. Qətldən dərhal sonda, bu cinayətkar cütlük Birləşmiş Ərəb Əmirliklərinə uçmuş və Dubaydakı Amerika səfirliyinə maraciət edib özərini - " İranda təzyiqlərə məruz qalan siyasi qaçqın" kimi qələmə verərək  ABŞ-dan sığınacaq almağa səy etmişdilər. ABŞ səfirliyi isə İran tərəfinin təqdim etdiyi dəlil-sübutları analiz edərək bu cütlüyün  qatil olduğunu görüb onları Dubay polisinə təhvil vermişdi.  Dubay polisi isə bu terrorçu əmi-qardaşoğlunu İrana ekstradisiya etdi.



İstintaq araşdırmaları nəticəsində bu cinayətkar cütlüyün törətdikləri  bir neçə qətl, silahlı basqın və s. kimi cinayətləri də aşkar edilərək sübuta yetirildi. Nəticədə, hər iki qatil asılmaq yolu ilə edam hökmünə məhkum edildilər.  Hökmün icrası isə mərhum hakimin qətlinin il dönümü günü, elə avqustun 2-də qətl hadisəsinin törədildiyi məkanda baş tutdu – Məcid Kavusifər öz qardaşı oğlu ilə birlikdə ictimaiyyətin qarşısında edam edildilər.



Edam zamanı yaşca kişik olan Hüseyn Kavusifər çox həyacan keçirir və qorxusundan əsirdi. Əmisi Məcid Kavusifər onu ruhlandırmaqdan ötrü qardaşı oğluma baxaraq gülümsədi.  Daha sonra, özü də stres keçirən Məcid Kavusifər  özünü  soyquqqanlı göstərməkdən ötrü qandanlanmış əli ilə hadisə yerinə  toplanmış insanlara əl salladı. Hadisə yerində olan çoxlu və edamı lentə alan çoxlu sayda jurnalistlər qatilin bu gülüş anını kameraların yaddaşına köçürdülər.



Bu kadrları lentə alan jurnalistlər arasında ABŞ-ın "Reuters" xəbər agentliyinin jurnalisti də var idi. Oun lentə aldığı - "qatilin edamdan qabaq gülümsəmə anını" əks etdirən kadr "Reuters" xəbər agentliyi tərəfindən bütün dünyaya paylaşıldı və oxucular tərəfindən maraqla qarşılandı: ölümdən qabaq gülümsəməni müşahidə etməyə alışmamış  izləyicilər bu şəkili həvəslə sosial şəbəkələrdə paylaşdılar. Hadisənin İranda baş verdiyini görən İslam düşmənləri isə dərhal bu şəkil əsasında müxtəlif yalan xəbərlər yaymağa başladılar – "İranda haqqı yazan jurnalistlərin edamı", "İranda türklərin hüquqları uğrunda mübarizə aparan milli fəalın edamı", "İranda kürdlərə divan tutulur" və s. kimi saxta xəbərlər bu günün özündə də  sosial şəbəkələrə yayılır.



Bu işdə xüsusi fəallıq göstərən isə, əllərinə düşən hər imkandan İslamın və İran İslam Respublikası əleyhinə təbliğatlar aparan – ABŞ və İsraidən maliyələşən pantürkist-sionist ideyası davamçılarıdır. Onlar öz saytlarında bu yalanı həəslə paylaşır, "qatilin son gülüşündən" öz xain niyyətlərini həyata keçirməkdən ötrü istifadə edirlər.



Dünyanın müxtəlif ölkələrnin öz qanunları var. Avropada bu cür qatiləri gündə 3 dəfə yeməklə, televizor, internet, idman trenajorları  və s. "demokratiya təcüssümləri" ilə təmin olunan zindandan saxlayıb bir neçə ildən sonra yeni cinayətlər törətməkdən ötrü azaqlığı buraxırlarsa, İranda hər şey ciddidir. Qətlin cəzası edamdır!  Bu cür qətllər torədən qatillər ediam edilir. Və bu düzgün qərardır. Ədalət - qatilin yox, qətlə yetirilənin haqqını bərpa etməkdir!

 

 

Həmid Türki

Tag və ya açar söz

Sosial şəbəkələrdə qatilləri necə "qəhrəmana" çevirirlər (Foto 18+) - Həmid Türkinin məqaləsi

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter