- Cümə
İyul 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

62 insan hüquqları təşkilatı BMT-dən Səudiyyə rejiminin Yəməndəki cinayətlərini araşdırmasını tələb etdi

2017/09/05, 10:33

62 insan hüquqları təşkilatı BMT-dən Səudiyyə rejiminin Yəməndəki cinayətlərini araşdırmasını tələb etdi

Beynəlxalq İnsan Hüquqları Qeyri-hökumət Təşkilatları Koalisiyası BMT-yə müraciət edərək, Yəməndə Səudiyyə rejiminin törətdiyi insan haqları pozuntuları və müharibə cinayətlərini araşdırmaq üçün müstəqil bir araşdırma komissiyasının yaradılmasını tələb edib.

Le Monde qəzeti 62 Beynəlxalq İnsan Hüquqları QHT-lərindən ibarət koalisiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və BMT İnsan Haqları Şurası müşahidəçilərinə yazdığı məktubda, Yəməndə vətəndaşların Səudiyyə rejimi tərəfindən öldürülməsi və bu hücumlar səbəbilə yaranmış vəba epidemiyası və qıtlıq haqqında xəbərdarlıq edib.

62 Beynəlxalq İnsan Hüquqları QHT-lərindən ibarət koalisiya, həmçinin başda Yəmənin şimal qərb bölgəsi olmaqla böyük dağıntılara məruz qalan ərazilərə humanitar yardımların çatdırılmasına icazə verilməməsinə görıə narahat olduqlarını bildirib. Koalisiya Yəmənin paytaxtı Sənada məktəblər, xəstəxanalar, bazarlar və evlərə edilən hücumları Səudiyyə rejiminin "müharibə cinayəti" kimi qiymətləndirərək pisləyib.

Mənbə

Tag və ya açar söz

62 insan hüquqları təşkilatı BMT-dən Səudiyyə rejiminin Yəməndəki cinayətlərini araşdırmasını tələb etdi

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter