- Cümə axşamı
İyul 23, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

ABŞ həmişəki kimi İŞİD-in yanında

2017/08/27, 08:14


ABŞ həmişəki kimi İŞİD-in yanında

Suriya ordusu və onun müttəfiqləri bu ölkə səhrasında bir neçə bölgəni azad ediblər və Tədmər dağlarında təkfirçi sionist İŞİD qrupuna aid olan qərargah tunelini aşkar ediblər. Terrorçuların Suriya və İraq sərhəd ərazisindəki uğursuz hücumlarında onlarla terrorçu öldürülüb.

Suriya ordusu və onun müttəfiqləri bu ölkə səhrasında bir neçə bölgəni azad ediblər və Tədmər dağlarında təkfirçi sionist İŞİD qrupuna aid olan qərargah tunelini aşkar ediblər. Terrorçuların Suriya və İraq sərhəd ərazisindəki uğursuz hücumlarında onlarla terrorçu öldürülüb.

 

Suriya ordusu və onun müttəfiqləri Suriya səhrasının İŞİD terrorçularından azad edilməsi istiqamətində Hums vilayətinin şimal şərqində irəliləyişlərini davam etdirirlər.

Suriya ordusu və müttəfiqləri Humsun şimal şərq ətrafını, İŞİD terrorçularının Təvinan bölgəsi dağlıq ərazirlərindəki mövqeləri və anbarlarını ələ keçirdikdən bir neçə saat sonra azad ediblər.

Suriya ordusu və onun müttəfiqləri Tədmər dağlarından birində bir tunel aşkar ediblər ki, İŞİD terrorçuları bu tuneldən baş qərargah kimi eyni zamanda Tədmür dağlarının şimalından cənubuna keçid kimi istifadə edibmişlər.

Humah vilayətinin şərqində də Suriya ordusu və müttəfiqləri Cəniəl-Əlbavi və ətraf təpələri tamamiylə terrorçuların işğalından azad ediblər.

Suriya və İraq sərhəd ərazilərində fəaliyyət göstərən terrorçu qruplar ağır məğlubiyyə düçar ediliblər və onların Suriya ordusunun bazasına hücumu uğursuz qalıb. Çoxlu sayda İŞİD terrorçusu hərbi texnika ilə Suriyanın Səddül-Vəər hərbi bazasına hücum ediblər ancaq Suriya ordusu onları qaçmağa məcbur edib və onlara ağır zərbələr endirib. Terrorçular ölülərinin cəsədlərini belə götürə bilməyiblər.

Suriyanın insan haqları gözətçiləri təşkilatının bildirdiyinə görə İŞİD terrorçuları ABŞ-ın himayəsindən faydalanırlar. Həmin qurum ABŞ vertolyotlarının Deyrəzzurun şərqində Əl-Bəvil bölgəsində və Fərat çayına yaxın ərazilərdə Heliborn əməliyyatlarından söz açıb.

Bütün ehtimallar həmim vertolyotların İŞİD-in suriyalı olmayan  terrorçularını daşıdığına dəlalət edir.

 

 

 

Mənbə

 

Tag və ya açar söz

ABŞ həmişəki kimi İŞİD-in yanında

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter