- Cümə
İyul 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Nəhayət BMT də dilə gəldi: “Səud koalisiyası günahsız yəmənliləri qətlə yetirib”

2017/08/10, 17:18


Nəhayət BMT də dilə gəldi: “Səud koalisiyası günahsız yəmənliləri qətlə yetirib”

BMT Yəmənlə bağlı bəyanat yayıb

BMT Yəmənlə bağlı bəyanat yayıb

 

Səudiyyə Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyası azı 42 yəmənli qaçqının ölümünün məsuliyyətini daşıyır. Bu haqda BMT-in bəyanatında deyilir.

Təşkilatın müstəntiqləri məlum koalisiyanı Qırmızı dənizdə Hodeyda limanının yaxınlığında üzən və içərisində yəmənli mühacirlər olan Somali gəmisinə zərbə endirməkdə ittiham edib.

Maraqlıdır ki, Səud rejiminin başçılıq etdiyi koalisiya əvvəl-əvvəl bunu təkzib edirdi.

“Bu mülki gəmi vertolyotdan açılmış atəşlə hücuma məruz qalıb. Bu ərazidə isə yalnız və yalnız Səudiyyə Ərəbistanı və onun başçılıq etidiyi koalisiyanın vertolyotları var.”, – deyə bəyanatda qeyd edilir.

Xatırladaq ki, məlum faciə zamanı həmçinin 34 nəfər də yaralanmışdı.

 

 

 

Mənbə

Tag və ya açar söz

Nəhayət BMT də dilə gəldi: “Səud koalisiyası günahsız yəmənliləri qətlə yetirib”

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter