- Cümə
İyul 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Vəba - yəmənlilərin qətliam silahı!

2017/08/09, 17:41


Vəba - yəmənlilərin qətliam silahı!

Xəbər agentliklərindən biri ABŞ-ın Səudiyyə rejimi ilə əlbir olub, Yəmənin sivil vətəndaşlarına qarşı biolojik müharibəyə başladıqlarını və bu məqsəd uğrunda vəba xəstəliyindən istifadə etdiyini bildirib.

Xəbər agentliklərindən biri ABŞ-ın Səudiyyə rejimi ilə əlbir olub, Yəmənin sivil vətəndaşlarına qarşı biolojik müharibəyə başladıqlarını və bu məqsəd uğrunda vəba xəstəliyindən istifadə etdiyini bildirib.

 

“Global Research” xəbər agentliyi Səudiyyə Ərəbistanı və ABŞ-ın Yəmən xalqı əleyhinə mikrob və biolojik müharibəyə başladıqları barədə xəbər yayıb. Məlumata əsasən, 2015-ci ildən bugünədək ABŞ Səudiyyə Ərəbistnaı və müttəfiqlərini Yəmən xalqına, xüsusən də vəba epidemiyasından əziyyət çəkən sivil vətəndaşlara qarşı dəstəkləyir. Bu epidemiya bugünədək 400 min nəfərin canını alıb.

Bu xəstəlik bakteriya vasitəsilə yayılır və ABŞ, Yaponiya (İkinci Dünya Müharibəsi zamanı), Cənubi Afrika, İraq (Səddamın dövründə) və digər ölkələrdə silah olaraq istifadə olunur. Vəba su vasitəsilə geniş surətdə yayılır və bu hal hazırda Yəməndə baş verir. 2 ildir ki, Yəmənə olunan hücumlar sayəsində ölkənin su və kanalizasiya sistemi çöküb, xəstəxanalar dağıdılıb. Hazırda Yəmənin 25 milyonluq əhalisinin vəba epidemiyası önündə heç bir təhlükəsizliyi yoxdur.

BMT-nin də bəyan etdiyi kimi, bu epidemiya Yəməndə həddi aşıb. Məlumata görə, hazırda dünyanın ən kasıb ölkələrindən hesab olunan Yəməndə biyoloji müharibə baş verir. Bu müharibə ABŞ-ın 2 hakimiyyəti tərəfindən dəstəklənib və bitməsilə bağlı heç bir əlamət görünmür. Sivil vətəndaşların ABŞ qüvvələri tərəfindən öldürülməsi olduqca çoxalıb. Bu hallar təkcə Əfqanıstanda deyil, Mosul və Rəqqada da baş verir. Bu addımlar imperatorlarının öz qüdrətlərini təhlükədə görükləri zaman atdığı addımları xatırladır.

ABŞ Yəməndə cinayətkar halları dəstəkləməyə davam edir. Bu hal həm konqres, həm də xalq tərəfidən səssizliklə qarşılaşıb. Görünən budur ki, müalicəsi mümkün olmayan və ya çətin olan vəba xəstəliyinin yəmənli uşaqlara bilərəkdən yoluxmasına heç kim əhəmiyyət vermir. Bu xəstəlik bir neçə gün ərzində ölümə səbəb ola bilər.

Yazının sonunda bildirilir: “Daim naməlum olan ABŞ mənafeləri bugün Yəmənin müdafiəsiz xalqı ilə üz-üzədir. Özü də Səud, Misir, BƏƏ, Bəhreyn və Küeyt kimi polis sayağı, qorxu və təhdid yaradan hakimiyyətlərin əli ilə.

 

 

 

Mənbə

Tag və ya açar söz

Vəba - yəmənlilərin qətliam silahı!

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter