- Cümə
İyul 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Məzlum Yəmən! Əksəriyyəti uşaqlar olmaqla azı 200 min adam vəbaya yoluxub - Fotolar

2017/07/01, 00:10


Məzlum Yəmən! Əksəriyyəti uşaqlar olmaqla azı 200 min adam vəbaya yoluxub - Fotolar

Üç ildir ki, müharibə şəraitində yaşayan Yəməndə vəba xəstəliyi yayılmaqdadır. Təmiz su çatışmazlığına görə ölkə boyu yoluxma halları müşahidə olunur.

Üç ildir ki, müharibə şəraitində yaşayan Yəməndə vəba xəstəliyi yayılmaqdadır. Təmiz su çatışmazlığına görə ölkə boyu yoluxma halları müşahidə olunur.

 

BMT bildirir ki, bu dünyada xəstələyin ən kəskin epidemiya halıdır. Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyə düçar olanların ümumi sayının 200 min nəfəri keçdiyini bildirir.

Yardım agentliklərinin məlumatına görə, kənardan kömək olmazsa, bu rəqəm iki dəfə arta bilər.

10YEMEN-master768

Ötən ay Ümumdünya Səhiyyə Təşkilatı öz  tviter hesabında yazmışdı ki, aprel ayının 27-dən iyunun 20-dək Yəməndə ümumilikdə 166 min 976 nəfər vəbaya yoluxmaqda şübhəli şəxs qeydə alınıb ki, onlardan 1146 nəfər vəbanın qurbanı olub.

10YEMEN-master768b

Yəmənin Səhiyyə Nazirliyinin rəsmiləri 2016-cı ilin oktyabr ayında bu ölkədə vəba epidemiyasının yayıldığını elan edib.

Ümumdünya Səhiyyə Təşkilatı elan edib ki, Yəmənin müxtəlif bölgələrində 7 milyon 600 min nəfər yaşayır ki, onların vəbaya yoluxma ehtimalı çoxdur.

YEMEN-CONFLICT-HEALTH-CHOLERA

Xatırladaq ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya 3 ildən çoxdur ki, bu yoxsul ölkənin ərazisinə təcavüz edir və hər gün bu ölkənin müxtəlif bölgələrini qırıcılarla bombalayır. Bunun nəticəsində Yəməndə səhiyyə ocaqları, xəstəxanalar və digər tibbi infrastruktur məhv edilib.

10YEMEN-master768d

Təqribən 3.3 milyon yəmənli, onlardan 2.1 milyonu uşaqlardır aclıqdan əziyyət çəkir.

BMT elan edib ki, Yəməndə 18 milyon nəfər insan  yaxın zamanlarda aclıqla üzləşəcək.

10YEMEN-master768f

Yəmən Səhiyyə Nazirliyinin bildirdiyi məlumata görə, Səudiyyə Ərəbistanı rejimi və müttəfiqlərinin hücumları nəticəsində indiyədək 12 min nəfərdən çox yəmənli həyatını itirib.

10YEMEN-master768e

 

 

 

 

Tag və ya açar söz

Məzlum Yəmən! Əksəriyyəti uşaqlar olmaqla azı 200 min adam vəbaya yoluxub - Fotolar

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter