- Bazar
Aprel 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İsrail-Ərəb ittifaqının qurulmasındakı səbəblər - Təhlil

2017/02/22, 00:20


İsrail-Ərəb ittifaqının qurulmasındakı səbəblər - Təhlil

beynəlxalq əlaqələr və siyasi məsələlər üzrə mütəxəssis Əhməd Əbu Əli İsrail-Ərəb koalisiyası yaratmaq planını ərəblərin qəbul edib-etməyəcəkləri mövzusunda açıqlamalar verib.

beynəlxalq əlaqələr və siyasi məsələlər üzrə mütəxəssis Əhməd Əbu Əli İsrail-Ərəb koalisiyası yaratmaq planını ərəblərin qəbul edib-etməyəcəkləri mövzusunda açıqlamalar verib.

 

Əhməd Əbu Əli bəhs edilən koalisiyanın yaradılmasının uzaq bir ehtimal olmadığını bildirərək, "Ərəb-İsrail münasibətlərinin yaxınlaşması məsələsi əslində hazırda mövcud olan vəziyyətdir", - deyib.

İsrail-Ərəb koalisiyasının yaranmasını əlverişli edən faktorlar

Əhməd Əbu Əli ABŞ rəhbərliyində belə bir koalisiyanın yaradılması məsələsini əlverişli edən dörd amili qeyd edib:
- Misir və İordaniyanın İsrailə yaxınlaşması
- ABŞ-ın yeni hökuməti və İran arasındakı münaqişələrin artması
- Türkiyə və İsrail münasibətlərinin yenidən başlaması
- Səudiyyə Ərəbistanı başda olmaqla körfəzin ərəb ölkələrinin İranın nüfuzundan qorxusu

Ekspert Trampın yeni hökumətinin Tehran qarşısında radikal və kəskin mövqe tutduğuna toxunaraq, "Ərəb ölkələrinin Amerika liderliyində İsrail ilə münasibətlərinin yaxınlaşması mümkündür", - deyib.

Əbu Əli bundan başqa, Səudiyyə Ərəbistanı və İsrailin açıq şəkildə eyni masaya oturması məsələsinin mümkün olduğunu, amma xüsusi xidmət orqanları səviyyəsində bu koordinasiyanın gizli bir şəkildə mümkün ola biləcəyini bildirib.

Ərəb və İsrail koalisiyasının formalaşması qarşısında maneələr

Əhməd Əbu Əli İsrail və ABŞ arasında müstəqil Fələstin dövləti qurulmaması mövzusunda razılaşma ilə əlaqədar olaraq, "Görəsən, ərəb ölkələri bu müqaviləni qəbul edəcəklərmi?", - sualına diqqət çəkib.

Mütəxəssis Səudiyyə Ərəbistanının Fələstin məsələsini 2002-ci ildəki Ərəb Sülh planı əsasında həll etməsində problemləri olmadığını bildirdiklərini qeyd edib.

Əbu Əli sözlərinə belə davam edib: "Ərəb ölkələrinin siyasi prinsipləri var və bu prinsip İsrailin Fələstin məsələsi haqqında həll yolu tapacağı halda İsrail ilə problemlərinin olmamasıdır. Körfəz ərəb ölkələrinin İranın regiondakı nüfuzundan qorxusu, Ərəb-İsrail Koalisiyanın qurulmasının amillərindən biri ola bilər, amma Ərəb-İsrail münasibətlərinin yaxınlaşması aşkar olmayacaq".

Əbu Əli Səudiyyə Ərəbistanı və İsrailin indiyə qədər açıq şəkildə eyni danışıqlar masasına oturmadığını bildirib.

Ərəb-İsrail koalisiyasının yaranmasında Türkiyənin rolu

Ekspert Türkiyənin Ərəb-İsrail koalisiyanın yaranmasındakı roluna toxunaraq, bunları söyləyib: "Türkiyə bu məsələdə mühüm rol oynaya bilər. Çünki bu ölkənin Amerikanın yeni hökuməti ilə yaxın əlaqələrinin olması ilə yanaşı, İsrail ilə olan münasibətləri də keçmişə qayıdır".

Əhməd Əbu Əli müsahibənin başqa bir hissəsində bu sözləri dilə gətirib: "Amerika və İran rəsmilərinin sərt açıqlamalarının artması yeni məsələ deyil və Amerikanın müxtəlif hökumətlərinin 20 ildir İrana hücum təhdidinin reallaşması mümkün deyil. Belə ki, gələcəkdə iki tərəf arasındakı münasibətlər hərbi əməliyyata doğru getməyəcək".

 

 

Mənbə

Tag və ya açar söz

İsrail-Ərəb ittifaqının qurulmasındakı səbəblər - Təhlil

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter