- Şənbə
İyul 18, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

ABŞ-ın müsəlman ölkələri üçün xəyal etdiyi demokratiya və atdığı bombaların sayı

2017/02/09, 00:15


ABŞ-ın müsəlman ölkələri üçün xəyal etdiyi demokratiya və atdığı bombaların sayı

Ötən il bəzi müsəlman ölkələri üçün nə ilə yadda qaldı?

Ötən il bəzi müsəlman ölkələri üçün nə ilə yadda qaldı?

 

Artıq tarixə qovuşmuş 2016-cı il İslam ölkələri üçün heç də ən firavan il kimi yadda qalmayacaq. İŞİD qüvvələri zəifləsə də, kökü tamam kəsilməyib. Suriya şəhərlərində, ən çox da Hələbdə dağıntılar, günahsız insanların qətli səngiməyib.

Ötən ildə İslam aləmində baş verənləri təhlil edərkən müsəlman dünyasını zəiflətməyə, bu ölkələrin təbii resurslarına sahib olmağa yönəlmiş siyasəti daha gizlətməyin mümkün olmadığının şahidi olduq.

Belə ki, ABŞ hərbi qüvvələri 2016-cı ildə 7 müsəlman ölkəsinə 26 171 bomba atıb ki, onların da əksəriyyəti Suriya ərazisinə düşüb. Dəqiq desək, Suriyanın “payına” 12 192, Əfqanıstan torpaqlarına 1 337, İraqın üzərinə 12 095, Liviyaya 496, Yəmənə 34, Somaliyə 12 və Pakistana 3 Amerika bombası düşüb.

Bu barədə məlumat Beynəlxalq Münasibətlər Şurasının saytında dərc olunmuş Amerikanın xarici siyasət və milli təhlükəsizlik üzrə mütəxəssisi Miki Zenkonun məruzəsində verilir. Məruzəçinin sözlərinə görə, bu rəqəmlər hələ az göstərilib. Çünki bir zərbədə bir neçə bomba atıla bilər.

ABŞ-ın “silah dilindən” fərqli olaraq bu gün Avropada müsəlmanlara qarşı hələlik islamofobiya, kütləvi etiraz və anti-islam təbliğatı dilində danışılır. Elə bunun nəticəsidir ki, Belçikada əhalinin 60 faizi İslamın Avropa dəyərləri ilə yanaşı ola bilməməsinə inanır.

“Soir” qəzetinin, RTBF teleradio şirkətinin, "Survey&Action" institututun, "Ceci n`est pas une crise" fondunun apardıqları sorğunun nəticələrinə görə, respondentlərin əksəriyyəti İslamın Avropa üçün təhlükə olduğu qənaətindədir.

Soruşulan hər 10 Belçika vətəndaşı olan müsəlmanın 7-si hesab edir ki, burada onlara “gəlmə, ögey” münasibəti bəslənilir.

Alman polisi hazırda “Həqiqi din” fəallarından müsadirə etdiyi 22 min Quran tərcüməsini məhv etməyə hazırlaşır.

WDR televiziya kanalının yaydığı məlumata görə, ölkənin Daxili İşlər Nazirliyi bu qəribə addımı “müsəlmanların dini inanclarına hörmət” əlaməti kimi dəyərləndirməyə çalışır.

Almaniyada bir dini cəmiyyətin fəaliyyəti ötən ilin noyabr ayında qadağan olunub. Cəmiyyət keçirdiyi bir aksiya çərçivəsində yerli vətəndaşlara 3 milyon Quran tərcüməsi kitabını pulsuz paylayıb.

Fəaliyyəti qadağan edilmiş cəmiyyət keçən il dekabr ayının ortalarında Leypsiq məhkəməsinə müraciət edib. Beləliklə, qadağanın hələlik hüququ qüvvəsi olmasa da, Quranın tərcümə nüsxələri ambarda saxlanılır və onlar məhkəmənin qərarından sonra torpağa basdırılmaq təhlükəsi ilə qarşılaşa bilər.

Rusiyada isə İslama münasibət Avropa ölkələrindən fərqlidir. Mütəxəssislər bunu 70 il Sovet quruluşunda bərabər şəraitdə yaşamağın nəticəsindən daha çox, mənəvi aspektlərin sağlam olduğu, indiki Rusiya hakimiyyətinin İslama münasibətilə izah edirlər.

Rusiyanın bir çox bölgələrində İslam adı altında antimüsəlman fəaliyyətilə məşğul olan birləşmələrə qarşı açıq etiraz aksiyaları keçirilir.

Yaxınlarda Qroznı şəhərində İŞİD terror qruplaşmasına qarşı çoxminli etiraz mitinqi keçirilib. “Çeçenistanın ürəyi” məscidi önündə toplaşmış mitinq iştirakçıları Rusiyada qadağan edilmiş cinayətkar qruplaşmaya və onun başçısı Əbu Bəkr Əl-Bağdadiyə qəti etiraz ediblər, Çeçenistan Respublikasının gənclərini ekstremist təbliğatlara uymamağa çağırıblar. Mitinq İŞİD-in rəmzi olan bayrağın və əl-Bağdadinin portretlərini yandırmaqla sona çatıb.

Bununla belə bu gün islam dəyərlərini aradan götürməyə hədəflənmiş əməliyyatlara qarşı etirazlar müsəlman ölkələrinin faciəsini unutdurmağa qadir deyil.

Məsələn, valideynlərini itirmiş İraq uşaqlarının dərdinə kim (nə) məlhəm ola bilər? Bu ölkənin əmək və planlaşdırma nazirliyinin əməkdaşı Əbdüzzəhra Hindavinin sözlərinə görə, 2003-cü ildən bu günə kimi 600 min uşaq valideynlərindən birini və ya hər ikisini itirib. Amma dəhşətlisi odur ki, bu rəqəm bütün İraqa aid deyil. Çünki İŞİD ölkənin Səlahəddin, Əl-Ənbar və Nəynəva regionlarında araşdırmalar aparmağa qəti mane olur.

Ə.Hindavinin İraq qadınlarının taleyi ilə bağlı gətirdiyi rəqəmlər də bu islam yurdunda faciədən xəbər verir. Onun dediyinə görə, dul qalmış və boşanmış qadınların sayı 1 milyonu keçib. Təkcə 2016-cı ildə ölkədə 878 455 qadın dul qalıb.Onlardan 203 mininin yaşı 49-a qədər, 675 mininin isə 50-dən yuxarıdır.

Boşanmalara dair rəqəmlər də kifayət qədər böyükdür: keçən il 122 438 qadın həyat yoldaşı ilə izdivacı pozmalı olub.

Oxşar faciənin Əfqanıstanda, Suriyada və digər İslam ölkələrində də yer aldığını dediklərimizə əlavə etsək, dünya müsəlman ölkələrində sosial durumun məzərəsi daha da aydınlaşar.

 

Ş.Nəzərli

 

Mənbə

Tag və ya açar söz

ABŞ-ın müsəlman ölkələri üçün xəyal etdiyi demokratiya və atdığı bombaların sayı

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter