- Bazar ertəsi
İyul 20, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Amerikanın hazırkı hökumətinin Yaxın Şərq siyasəti başağrıya səbəb olub

2016/12/31, 00:05


Amerikanın hazırkı hökumətinin Yaxın Şərq siyasəti başağrıya səbəb olub

Amerikalı ekspert bildirib ki, Amerikanın Yaxın Şərqdəki siyasəti çoxlu problemlər yaradıb.

Amerikalı ekspert bildirib ki, Amerikanın Yaxın Şərqdəki siyasəti çoxlu problemlər yaradıb.

 

Əlcəzirə televiziyasının ingiliscə xidmətinin məlumatına görə, Atlantik Şurasının yüksək səviyyəli üzvü Ariel Kohen bu telekanala açıqlamasında Amerikanın Yaxın Şərqdəki siyasətləri barəsində deyib: Barak Obamanın prezidentliyi dövründə ABŞ hökuməti İraqda boşluq yaratdi, İŞİD də bundan istifadə etdi və o ölkədə hərc-mərclik və terror yarandı. Suriyada da Amerika yanlış siyasəti izlədi və yanlışlıqla Suriya rejimi üçün qırmızı xətt təyin etdi. Liviyada da Amerika hərc-mərclik və de-stabilliyə səbəb oldu. Amerika həmçinin Obamanın dövründə Misirlə əlaqələrinə zərbə vurdu. Obama hökuməti həmçinin İsrailin yaraları üzərinə duz səpdi və Amerikanın İsraillə əlaqələrini daha da korladı. Onlar bildirirdilər ki, Yaxın Şərqdən uzaqlaşmaq və Çin üzərində təmərküz etmək istəyirlər. Onlardan Asiyada qalanlar ən ağır faciədir və çox az insan onun barəsində danışır. Amerikanın köhnə müttəfiqi olan Filippin Amerikadan uzaqlaşıb. Fikrimcə, Yaxın Şərqdə Amerikanı saymırlar. Biz sünni islam dünyasında ən güclü müttəfiqimiz Səudiyyə Ərəbistanı ilə də əlaqələrimizi korladıq. Biz İran barəsində zəiflik göstərdik. Artıq bizi saymırlar, bizə hörmət etmirlər və dünyanın müxtəlif bölgələrində öz nüfuz və təsirimizi artan şəkildə itirmişik.

 

 

Mənbə

Tag və ya açar söz

Amerikanın hazırkı hökumətinin Yaxın Şərq siyasəti başağrıya səbəb olub

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter