- Cümə
İyun 19, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

7 Fələstinli şəhid oldu; Qəzzəyə hava hücumları başladı

2015/10/12, 00:25


7 Fələstinli şəhid oldu; Qəzzəyə hava hücumları başladı

İsrail orudusunun fələstinlilərə qarşı hücumunda 7 fələstinli şəhid olub.

İsrail orudusunun fələstinlilərə qarşı hücumunda 7 fələstinli şəhid olub.


Fələstin İnformasiya Agentliyinin verdiyi məlumata görə, Fələstinin Səhiyyət Nazirliyi şənbə günü İsrail ordusunun Qərb Sahili və Qəzzə Zolağında fələstinlilərə qarşı hücumlarında 7 nəfərin şəhid olduğunu, 240 nəfərin isə yaralandığını bildirib.

Bu məlumata görə, yeni intifazənin başlanmasından bəri şəhid olan fələstinlilərin sayı 21-ə yüksəlib. Fələstinin Səhiyyə Nazirliyi bildirib: 2-si uşaq olmaqla 6 fələstinli Qüds və Xan Yunusda işğalçı qüvvələrlə baş vermiş toqquşmada şəhid olub.

Buna baxmayaraq, şənbə günü shərdən başlayan toqquşmalar axşama qədər davam edib. İsrail hərbçilərinin Qərb Sahilində fələstinlilərə qarşı hücumlarının artması ilə bildirilib ki, sionist rejim qırıcıları bazar günü səhər Qəzzənin cənubunda, Xan Yunusun ətraf məntəqələrini 2 dəfə bombardman ediblər. Bu hücumlar zamanı ən azı 1 fələstinli şəhid olub, bir neçə nəfər də yaralanıb. Bu bombardman, sionist rejimin şənbə günü Qəzzə Zolağından atılan bir raketin "Dəmir Qübbə" adlı raket müdafiə sistemi tərəfindən Əsqəlan istiqamətində məhv edilməsini elan etməsinin ardınca başlanıb.

Fələstin İnformasiya Mərkəzi başqa bir xəbərdə bildirib ki, işğalçı qüvvələr bu gün səhər Qərb Sahilində, Beyt Ləhmin cənubunda yerləşən Beyt Fəcar qəsəbəsinə hücum və bir qrup fələstinlini həbs ediblər.

Bu arada Fələstin Parlamentinin sədr müavini əli yalın fələstinli gənclər tərəfindən sionist rejimə qarşı başladılan yeni İntifazənin himayə edilməsini istəyib.

 

Mənbə

Tag və ya açar söz

7 Fələstinli şəhid oldu; Qəzzəyə hava hücumları başladı

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter