- Cümə
İyul 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Avropa İttifaqına üzv ölkələrdə insan hüquq və azadlıqlarının pozulması və ya öz gözündə tiri görməyənlər

2015/08/10, 08:37


Avropa İttifaqına üzv ölkələrdə insan hüquq və azadlıqlarının pozulması və ya öz gözündə tiri görməyənlər

aparıcı beynəlxalq təşkilatların və ixtisaslaşmış QHT-lərin monitorinq mexanizmlərindən və onların hesabatlarından aydın görünür ki, son illər ərzində Avropa İttifaqı üzv ölkələrində insan hüquqları və əsas azadlıqlarının müdafiəsi, demokratiya və qanunun aliliyinin təmin edilməsi sahəsində bir sıra ciddi problemlər qeydə alınmışdır.

aparıcı beynəlxalq təşkilatların və ixtisaslaşmış QHT-lərin monitorinq mexanizmlərindən və onların hesabatlarından aydın görünür ki, son illər ərzində Avropa İttifaqı üzv ölkələrində insan hüquqları və əsas azadlıqlarının müdafiəsi, demokratiya və qanunun aliliyinin təmin edilməsi sahəsində bir sıra ciddi problemlər qeydə alınmışdır.


Belə ki, Avropa Şurası Baş katibinin 2014-cü ilin mayında təşkilatın Vyanada keçirilmiş 124-cü Nazirlər sessiyasında təqdim etdiyi "Avropada demokratiya, insan hüquqları və qanunun aliliyinin vəziyyəti” adlı hesabatda Avropa İttifaqı üzv ölkələrinin də daxil olduğu Avropa Şurası məkanında 39 ölkədə ksenofobiya, anti-semitizm və islamofobiya da daxil olmaqla irqi ayrı-seçkilik və milli azlıqların hüquqlarının pozulması; 30 ölkə həbsxanalarda saxlama şəraiti və sıxlıq; 26 ölkədə korrupsiya; 23 ölkədə hüquq-mühafizə orqanları tərəfindən pis rəftar; 20 ölkədə ədliyyə sisteminin neqativ fəaliyyəti; və nəhayət 20 ölkədə miqrant və sığınacaq axtaranların hüquqlarının təmin edilməsində çatışmazlıqlar olduğu açıq şəkildə ifadə edilmişdir[i].


Göründüyü kimi, Aİ də daxil olmaqla AŞ məkanında son dövrlər artmaqda olan ən ciddi təhdidlərdən biri dözümsüzlük və ayrı-seçkilik tendensiyalarının artmasıdır. Human Rights Watch təşkilatının hesabatına əsasən, Fransa, Almaniya və Böyük Britaniyada son dövrlər anti-semitizm və islamofobiya halları artmaqdadır[ii].


Bu dövlətlərlə yanaşı, BMT-nin Universal Dövrü İcmalı (UDİ) çərçivəsində təqdim edilmiş alternativ hesabatlar[iii]və İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRİ) müvafiq ölkələr üzrə hesabatları[iv]da Belçika, Niderland, Polşa və Avstriya kimi ölkələrdə də irqi, dini və milli zəmində ayrı-seçkilik hallarının olduğunu göstərir. Bundan əlavə, Human Rights Watch, UDİ, ECRİ kimi təşkilatların hesabatlarında İrlandiya, Belçika, Almaniya və Niderland da daxil olmaqla bir sıra ölkələrdə irqi zəmində polis tərəfindən profilləşmə təcrübəsinə yer verildiyi qeyd olunur.


Son dövrlər ayrı-seçkiliyə məruz qalan qruplardan biri də qaraçılar olmuşdur. Belə ki, UDİ və ECRİ-nin hesabatlarına əsasən, bu qrupdan olan insanların xüsusilə sosial hüquqlarının pozulması hallarına Almaniya, Polşa, Fransa kimi ölkələrdə rast gəlinmişdir. Bu kontekstdə ən gərgin vəziyyət Fransada yaşanmışdır, belə ki, Human Rights Watch təşkilatının məlumatına əsasən, məhz bu ölkədə 2014-cü ilin yanvar-sentyabr aylarında 10 mindən artıq qaraçı müvəqqəti yaşadıqları yaşayış məntəqələrindən qovulmuşlar[v].


Ötən illər ərzində bir sıra Aİ üzv ölkələrində ifadə və mətbuat azadlığı sahəsində də pozuntu hallarına rast gəlinmişdir. ATƏT-in KİV Azadlığı üzrə nümayəndəsi öz hesabatlarında, belə hallara Niderland və İsveçdə jurnalistlərə qarşı baş vermiş hücum hallarını, Niderland, Slovakiya, və Danimarkada diffamasiya və böhtan müddəaları ilə bağlı jurnalistlərə qarşı ittihamları, Polşada gizli mənbələrin açıqlanmasına məcbur edilməni misal çəkmişdir[vi].


Korrupsiya da Aİ üzv ölkələrində problemli sahələrdən biri hesab olunur. Avropa Komissiyasının anti-korrupsiya hesabatında etiraf edildiyi kimi, korrupsiya hər il Avropa İttifaqı iqtisadiyyatına 120 milyard avro ziyan vurur[vii]. Eyni hesabata əsasən, Almaniya, Niderland, Belçika, Estoniya və Fransada rəyi sorğu edilənlərin yarıdan çoxu bu problemin geniş yayıldığı qənaətindədir.


Həmçinin, Avropa Şurasının Korrupsiyaya qarşı dövlətlər Qrupunun (GRECO) müvafiq hesabatlarına əsasən, Aİ-nin Almaniya, İrlandiya, Belçika kimi ölkələrində Parlament üzvləri, hakimlər və prokurorların fəaliyyətində korrupsiya hallarının qarşısının alınması ilə bağlı müəyyən nöqsanlar müşahidə edilmiş, İsveç, Estoniya, Fransa, Danimarka kimi ölkələrə korrupsiyaya qarşı mübarizə alətlərinin gücləndirilməsi, parlament üzvləri ilə bağlı "maraq toqquşması” hallarının qarşısının alınmasına dair tövsiyələr ünvanlanmışdır[viii].  


Aİ üzv ölkələrində qeydə alınmış növbəti ciddi problem saxlama yerlərində mövcud şərait, xüsusilə də bir sıra ölkələrdə həbsxanalarda tələb olunandan daha artıq məhbusun saxlanmasından ibarətdir. İşgəncələrə qarşı Avropa Komitəsinin (CPT) müvafiq hesabatlarına əsasən, sözügedən problem xüsusilə Belçika, Fransa və Böyük Britaniya kimi ölkələrdə özünü göstərmişdir[ix]. Bununla yanaşı, CPT, UDİ və Avropa İnsan Hüquqları Komissarının hesabatlarında[x]Avstriya, Polşa, Yunanıstan, Latviya, Litva kimi ölkələrdə saxlama yerlərində polis tərəfindən pis rəftar hallarının da aşkar olunduğu qeyd olunur.


Aİ ölkələrində miqrant və sığınacaq axtaran şəxslərin hüquqlarının təmin edilməsi də ciddi problemlərin yaşandığı sahələrdən biridir. Belə ki, Sosial hüquqlar üzrə Avropa Komitəsi[xi], BMT-nin İnsan Hüquqları Komitəsi, CPT, Avropa İnsan Hüquqları Komissarı və UDİ-nin hesabatlarında hətta Belçika, Fransa kimi bir sıra ölkələrdə bu kateqoriyadan olan insanların sosial hüquqlarının, o cümlədən tibbi yardımla təminində çətinliklərin olduğu, Yunanıstanda onlara qarşı hücum faktlarının müşahidə edildiyi, Niderland və Maltada hüquq-mühafizə orqanları tərəfindən pis rəftar, habelə qeyri-insani və tələb olunandan artıq müddətdə saxlanılmaları kimi hallarla üzləşdikləri yer almışdır. Bundan əlavə, Avropa İnsan hüquqları Komissarının hesabatında Danimarkada sığınacaq axtaran şəxslərin hüquqlarının tam təmin edilməsində çatışmazlıqların olduğu qeyd edilmişdir[xii].     


Məsələ burasındadır ki, bu ölkələrin bəzi rəsmiləri öz ölkələrindəki problemləri həll etmək əvəzinə, başqa ölkələrə demokratiya, insan hüquqları, qanunun aliliyi kimi məsələlərdə dərs verməyə çalışırlar. Əslində onlardan gözlənən şey, öz davranışları, yüzillik dövlətçilik ənənələrinə əsaslanan ədalətli siyasətləri ilə başqalarına nümunə olmaqdır. Belə ölkələr bir şeyi unudurlar ki, bəzən onların əsrlər boyu qət etdikləri yolu bəzi ölkələr bir neçə ildə qət edə bilmişlər. Bu qəbildən, Azərbaycanın mədəniyyətlərarası dialoq, tolerantlıq sahəsindəki uğurları onlar üçün nümunə ola bilər. Hətta mümkündür ki, qısa müddət ərzində Azərbaycan digər sahələrdə də Avropa üçün nümunə olacaq səviyyəyə yüksələcəkdir.


Mənbə


 



[ii]Hesabatı təşkilatın bu internet adresindən əldə etmək mümkündür: http://www.hrw.org/world-report/2014/country-chapters/european-union?page=3





[iii]Hesabatları təşkilatın bu internet adresindən əldə etmək mümkündür: http://www.ohchr.org/EN/Countries/Pages/HumanRightsintheWorld.aspx





[iv]Hesabatları təşkilatın bu internet adresindən əldə etmək mümkündür: http://www.coe.int/t/dghl/monitoring/ecri/activities/countrybycountry_en.asp






[vi]Ətraflı məlumat üçün bax: http://www.osce.org/fom/127656?download=true






[viii]Hesabatları təşkilatın bu internet adresindən əldə etmək mümkündür: http://www.coe.int/t/dghl/monitoring/greco/general/MACAULEY_EN.pdf





[ix]Hesabatı təşkilatın bu internet adresindən əldə etmək mümkündür:  http://www.cpt.coe.int/en/annual/CPT-Report-2013-2014.pdf





[x]Hesabatları təşkilatların müvafiq internet adreslərindən əldə etmək mümkündür.





[xi]http://www.coe.int/t/dghl/monitoring/socialcharter/ECSR/ECSRdefault_en.asp





[xii]http://eeas.europa.eu/search/index_en.htm?q=denmark




Tag və ya açar söz

Avropa İttifaqına üzv ölkələrdə insan hüquq və azadlıqlarının pozulması və ya öz gözündə tiri görməyənlər

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter