- Cümə axşamı
İyul 23, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Yəməndə 22 milyon insan ərzaq əldə edə bilmir

2018/11/22, 11:33

Yəməndə 22 milyon insan ərzaq əldə edə bilmir

Birləşmiş Millətlər Təşkilatının ekspertlərindən biri Yəməndə məişət və səhiyyə durumunun Səudiyyə Ərəbistanının bu ölkəyə qarşı müharibəsinə görə, son dərəcə ağır olduğunu bildirib və Yəməndə milyonlarla insanın ərzaq əldə edə bilmədiyindən xəbər verib.

Həqiqət QHT (Truth NGO) - Hüquq müdafiə təşkilatlarına aid olan məlumatlara görə, Yəməndə humanitar, məişət və səhiyyə durumu son dərəcə acınacaqlıdır.

BMT eksperti olan xanım Astrid Steklberq dünən deyib ki, Yəmən xalqı çox acınacaqlı şəraitdə yaşayır.

"Suriya, Liviya və Yəmən kimi müharibənin şahidi olan ölkələrdə dinc cəmiyyətlərin yaradılması" mövzusunda keçirilən konfransda çıxış edən BMT eksperti deyib: Yəməndə 22 milyondan çox adam Ərzaq, müalicə və zəruri ehtiyaclardan məhrumdur.

Səudiyyə və BƏƏ koalissiyası  2015-ci ildən quru, dəniz və havadan Yəməni mühasirəyə alıb.

Bu koalissiyanın hücumları Yəmənin infrastrukturu, xəstəxanalarına böyük ziyan vurub, Yəmənin mühasirəsi isə 50 min mülkinin ölümü, vəba kimi yoluxucu xəstəliklərin geniş vüsət alması və qıtlıq ilə nəticələnib.

Yəmənə qarşı 3 il yarım müddətinə gedən müharibə nəticəsində Yəmən xalqının şəraiti o qədər qəlizləşib ki, nəhayət Ümumdünya Ərzaq Proqramının rəhbəri sükütünü pozmaq məcburiyyətində qalıb.

Son günlərdə Yəməndə 5 milyon uşağın aclıq təhlükəsi ilə üz-üzə durduğu barədə məlumat yayılıb.

Tag və ya açar söz

Yəməndə 22 milyon insan ərzaq əldə edə bilmir

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter