- Çərşənbə
İyun 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Onlarla fələstinli sionist hərbçilərlə toqquşmalarda yaralanıb

2018/11/17, 11:18


Onlarla fələstinli sionist hərbçilərlə toqquşmalarda yaralanıb

İordan çayının qərb sahilində sionist rejim hərbçiləri ilə toqquşmalarda onlarla fələstinli yaralanıb.

İordan çayının qərb sahilində sionist rejim hərbçiləri ilə toqquşmalarda onlarla fələstinli yaralanıb.

Həqiqət QHT (Truth NGO) - Əl-Aləm telekanalının verdiyi məlumata görə,Ramullah şəhərinin qərbində yerləşən kəndlərdə yüzlərlə fələstinli dünən sionist rejimin cümə namazı mərasiminə mane olduğuna görə işğalçılarla toqquşublar və qarşıdurmalar nəticəsində onlarla fələstinli sionistlərin atəşi nəticəsində yaralanıb və yaxud zəhərli qaz nəticəsində xəsarət alıb.

İRİB bildirib ki, İordan çayının qərb sahilindəki fələstinlilər sionist hərbçilərin maneəçiliklərinə rəğmən cümə namazını öz torpaqlarında qılıblar.

Ramullahın qərbində Cəbəlül-Risan bölgəsində də bir qrup fələstinli sionist qəsəbə sakinlərinin onların torpaqlarına doğru hərəkətinə mane olmaq istəyərkən sionistlərin atəşlərinin hədəfinə çevriliblər.

Eyni zamanda Qayıdış haqqı yürüşlərinin 34-cü cüməsində Qəzzə zolağının işğal olunmuş ərazilərlə təmas xəttində minlərlə fələstinli "əlaqəərin normallaşdırılması xəyanətdir" adı altında yürüşdə iştirak edib.Aksiyaçılar bəzi ərəb ölkələrinin sionis düşmənlə əlaqələri adiləşdirmək cəhdlərini pisləyərək İsrail rejiminin bayrağını, bu rejimin istefa vermiş müharibə naziri Avirqdor Libermanın fotolarını yandırıblar.

Sionist rejim ordusu hərbçiləri aksiyaçıları odlu silah və gözyaşardıcı qazla hədəfə alaraq 40-dan çox fələstinlini yaralayıblar.

30 martdan qayıdış haqqı aksiyalarına start verildiyi gündən indiyədək bu aksiyalarda sionist rejim hərbçilərinin atəşləri nəticəsində 247 fələstinli şəhid olub, 25 mindən çox adam yaralanıb.

 

Tag və ya açar söz

Onlarla fələstinli sionist hərbçilərlə toqquşmalarda yaralanıb

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter