- Bazar
İyul 19, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Minlərlə amerikalı Trampın siyasətlərinə etiraz olaraq aksiya keçirib

2018/11/10, 14:56


Minlərlə amerikalı Trampın siyasətlərinə etiraz olaraq aksiya keçirib

Minlərlə amerikalı bu ölkə prezidenti Donald Trampın siyasətlərinə etiraz olaraq Vaşinqton və Nyu-Yorkda aksiyalar keçiriblər.

Minlərlə amerikalı bu ölkə prezidenti Donald Trampın siyasətlərinə etiraz olaraq Vaşinqton və Nyu-Yorkda aksiyalar keçiriblər.

Həqiqət QHT (Truth NGO) - Əl-Aləm kanalının verdiyi məlumata görə, cümə axşamı keçirilən aksiyalarda Trampın Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair araşdırmalar aparan müstəntiq Robert Müllerin işinə mane olmasına etiraz ediblər.

Aksiya iştirakçıları həmçinin, ABŞ-ın baş prokuroru Cef Seşinsin məcburi olaraq istefaya göndərilməsi və onun yerinə Mateo Vitakerin yeni baş prokuror seçilməsinə etiraz ediblər.

Aksiya iştirakçıları daha sonra Trampın hakimiyyətdən getməsini istəyərək, onun siyasətlərinə qarşı etirazlarını davam etdirəcəklərini bildiriblər.

Trampın seçki komandasının Rusiya ilə gizli əlaqələri barədə aparılan araşdırmalar hələ də ABŞ siyasətçiləri arasında ən qalmaqallı məsələ hesab olunur.

ABŞ-ın kəşfiyyat orqanları və demokratlar Rusiyanı 2016-cı ildə Amerikada keçirilən prezident seçkilərinə Trampın xeyrinə müdaxilə etməkdə ittiham edirlər. Amma, Moskva və Tramp bu ittihamları rədd edirlər.

 

Tag və ya açar söz

Minlərlə amerikalı Trampın siyasətlərinə etiraz olaraq aksiya keçirib

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter