- Cümə axşamı
İyul 23, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Vaşinqton Nəhayət Yəmən müharibəsinə son qoyulmasına çağırdı

2018/10/31, 13:04


Vaşinqton Nəhayət Yəmən müharibəsinə son qoyulmasına çağırdı

Səudiyyə rejiminin Yəmən xalqına qarşı müharibəsindən 44 ay sonra Amerikanın müdafiə naziri və dövlət katibi bu müharibəyə son qoyulmasına çağırıblar.

Səudiyyə rejiminin Yəmən xalqına qarşı müharibəsindən 44 ay sonra Amerikanın müdafiə naziri və dövlət katibi bu müharibəyə son qoyulmasına çağırıblar.

Həqiqət QHT (Truth NGO) - Röytersin verdiyi məlumata görə, Mayk Pompeo dünən bir bəyanat yayaraq BMT-nin nəzarəti altında Yəmən sülh müzakirələrinin başlanılmasından xəbər verib və Ali-Səur rejiminin başçılıq etdiyi koalissiya qüvvələrindən eləcə də yəmənli qüvvələrdən toqquşmalara son qoyaraq müzakirə masası arxasına keçməyə hazırlaşmalarını istəyib.

ABŞ müdafiə naziri General Ceyms Mətis də Yəmən müharibəsinə son qoylmasına çağıraraq deyib: Qarşıdakı 30 gün ərzində yəmənlilərin sülh əldə etmək məqsədi ilə müzakirələri başlanılmalıdır.

Səudiyyə Ərəbistanı Amerika, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin dəstəyi ilə 2015-ci il mart ayında Yəmənə hərbi təcavüz edib və bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb.

Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəmənə qarşı militarist hərəkətləri 14 min yəmənlinin ölümü, onlarla adamın yaralanması  və milyonlarla mülkinin didərgin düşməsi ilə nəticələnib. Bu təcavüz nəticəsinə həmçinin Yəmən ərzaq və dərman çatışmazlığı və müxtəlif xəstəliklərin yayılması kimi problemlərlə üz-üzə durur.

Bütün bunlara baxmayaraq Yəmən xalqının müqaviməti nəticəsində Səudiyyə rejimi və onun müttəfiqləri və himayədarları Yəməndə güddükləri məqsədlərə nail ola bilməyiblər.

Yəmənli qüvvələr amerikalıların Yəməndə müxtariyyətlərin yaradılması və separatçı məqsədlərə dair hərhansı planları barədə xəbərdarlıq edib və bu planları öncədən rədd ediblər.

Tag və ya açar söz

Vaşinqton Nəhayət Yəmən müharibəsinə son qoyulmasına çağırdı

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter