- Cümə
İyul 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Ərdoğan – Suriyada uşaq başı kəsən terrorçuların rəhbəridir! Sübut və faktlar. Həmid Türkinin təhlili

2018/10/30, 15:08


Ərdoğan – Suriyada uşaq başı kəsən terrorçuların rəhbəridir!  Sübut və faktlar. Həmid Türkinin təhlili

Həqiqət QHT (Truth NGO) xəbər verir ki, sosial şəbəkələrdə özlərinin "Azad Suriya Ordusu" (ASO) adlandıran terrorçu qruplaşmanın rəhbərinin Suriyanın İdlib şəhərindəki yeraltı bunkerdə yerləşən ofisindən şəkillər paylaşılıb.

Həqiqət QHT (Truth NGO) xəbər verir ki, sosial şəbəkələrdə özlərinin "Azad Suriya Ordusu" (ASO) adlandıran terrorçu qruplaşmanın rəhbərinin Suriyanın İdlib şəhərindəki yeraltı bunkerdə yerləşən ofisindən şəkillər paylaşılıb.

ASO başçısının bunkerindən çəkilən şəkildə diqqəti çəkən məqam – terrorçuların rəhbərinin öz başı üzərində Ərdoğanın şəklini asaraq Türkiyə prezidentinin terrorçuların lideri olduğunu bəyat etməkdir. Diqqəti çəkən digər məqam isə bunkerin Türkiyə bayraqları ilə "bəzədilməsidir". Bu isə bir daha sübut edir ki, Suriya terrorçularının əsas himayədarı məhz Ərdoğan və onun idarə etdiyi Türkiyə Cumhuriyyətidir.



Qeyd edək ki, 2011-ci ildən bu günə qədər Azad Suriya Ordusu (ASO) Qərb və Türkiyə mediası tərəfindən, "azadlıq döyüşçüsü", "zalım rejimi dağıtmaq üçün müqavimət göstərən qruplar" və s. kimi insanlara təqdim olunur. Amma ASO-nun hansı yuvanın quşu olduğunu anlamaqdan ötrü bircə fakta diqqət yetirmək kifayətdir.

Bir neçə il qabaq dünya ictimaiyəti Suriyadakı terrorçuların vəhşilikləri silsiləsindən – "Hələbin Handrat bölgəsində 12 yaşlı uşağın başının kəsilməsi" kadrları ilə lərzəyə gəldi. 12 yaşlı suriyalı Hələb əyaləti yaxınlığında Handarat adlı fələstinlilərin düşərgəsində "Nürəddin Zənki" adlı türkmənlərin də qatıldığı qruplaşma tərəfindən həbs olunur. Daha sonra terrorçular ona işkəncələr altında aşağılayırlar. Uşaq güllə ilə vurulmasını istəsə də, gözünü qan tutmuş canilər 12 yaşlı uşağın başını İŞİD-dən fərqlənməyən üsulla kəsirlər.



Beləliklə, 12 yaşlı oğlan uşağının başı -  ASO-ya tabe olan "Nürəddin Zənki" adlı türkmənlərin də qatıldığı terror qruplaşması tərəfindən vəhşiçəsinə kəsildi!



Bu həmən "Nürəddin Zənki" qruplaşması idi ki, Cerablus əməliyyatında Türkiyə ordusu ilə birlikdə iştirak da etmişdi.  Bəli, özünün "İslam dünyasının lideri" və "müsəlmanların müdafiəçisi" kimi qələmə verən Təcəb Tayyip Ərdoğanın rəhbərlik etdiyi Türkiyə dövlətinin ordusu ilə birlikdə...

Suriyadakı terrorçu qruplaşmaların Ərdoğana tabe olduğunu isbatlayan digər fakt:

Demək olar ki, hər gün dünya medialarında "Suriya məsələsinin həlli  üçün danışıqlar" və ya "Suriyada atəşkəsin bərpa olunmnasına dair danışıqlar" mövzulu xəbərlərə rast gəlinir. Bu xəbərlərdə çox mühüm bir amil var ki, çoxları buna diqqət yetirmir: yayılan bütün məlumat və xəbərlərdə Türkiyənin adının hallanması:

- Suriya münaqişəsinin həlli üzrə Qahirə danışıqları. İştirakçılar: İran, Türkiyə və Misir

- Suriya məsələləri üzrə Astana danışıqları. Danışıqlarda  atəşkəsə zamin ölkələr: Rusiya, Türkiyə və İran

- Suriya böhranı ilə bağlı dördtərəfli İstanbul sammiti. Suriya münaqişəsinin tənzimlənməsi üzrə sammitin iştirakçıları: Türkiyə, Almaniya, Fransa və Rusiya

-Suriya böhranının sülh yolu ilə tənzimlənməsi məqsədilə ilk "Cenevrə-1"və  "Cenevrə-2"  beynəlxalq konfransları. İştirakçılar arasınra Suriyada terrorçularla münarizə aparan Suriya dövlətinin rəsmi nümayəndələri və İran İR nümayəndələri olmasa da, Türkiyə yenə də var idi...

 

Bu siyahını yenə də uzatmaq olar. Amma biz əsas məqsəddən yayınmamaqdan ötrü bu qədəri ilə kifayətlənirik. Göründüyü kimi, Suriya böhranı ilə bağlı bütün danışıqlarda hətta rəsmi Suriya dövləti iştirak etməsə də, Türkiyə metləq iştirak edir.
Xüsusən də son dövrlərdə atəşkəsin əldə edilməsi üçün aparılan danışıqlarda Türkiyə baş rolda çıxış edir. Bilirsinizmi atəşkəsin əldə edilməsi üçün danışıqlar kiminlə aparılır? – Münaqişədə qarşı-qarşıya dayanan qüvvələr arasında. Suriyada isə 2 qüvvə koalisiya halında qarşı-qarşıya dayanıb və bu qüvvələr aşağıdakılardır:

  • Bəşşar Əsədin rəhbəri olduğu rəsmi Suriya dövləti, Kürd silahlıları, İran İR, Rusiya, Livanın Hizbullah özünü müdafiə təşkilatı.

  • İŞİD, Nüsrə Cəhbəsi, ASO və digər onlarla terror təşkilatı.


Hazırda Suriya dövlətinə qarşı vuruşan terror təşkilatlarının heç biri danışıqlarda iştirak etmir. Amma əslində isə Suriyaya qarşı vuruşan onlardır. Bəli, məsələnin mahiyyəti burda aydınlaşır: danışıqlarda bu terrorçu qrupları Türkiyə Cumhuriyyəti təmsil edir...

Beləliklə, bir daha sübut olunur ki, Suriyada müsəlman yerli əhaliyə qarşı vuruşan terrorçuları koordinasiya edən məhz Türkiyə Cumhudiyyətidir. Məhz bu səbəbdən də ASO  terrorçuların rəhbəri öz başı üzərində  Ərdoğanın şəklini asır.

Bütün bunlardan sonra isə Ərdoğana aşağıdakı atalar sözünü xatırlatmaqdan başqa yol qalmır: Dostunu göstər, deyim kimsən.

 

Həmid Türki

 

Tag və ya açar söz

Ərdoğan – Suriyada uşaq başı kəsən terrorçuların rəhbəridir! Sübut və faktlar. Həmid Türkinin təhlili

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter