- Cümə
İyun 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Fransa Suriyadan terrorçuların uşaqlarını repatriasiya edir

2018/10/28, 14:21


Fransa Suriyadan terrorçuların uşaqlarını repatriasiya edir

Hazırda Suriyada öz evlərini tərk edərək İŞİD-ə qoşulan 500-700 fransalı var. Bu barədə  Fransa tərəfinin rəsmi məlumatlarında bildirilib.

Hazırda Suriyada öz evlərini tərk edərək İŞİD-ə qoşulan 500-700 fransalı var. Bu barədə  Fransa tərəfinin rəsmi məlumatlarında bildirilib.

Həqiqət QHT (Truth NGO) - Fransa hökuməti terrorçuluqda şübhəli bilinən vətəndaşlarının uşaqlarının Suriyadan qaytarılması niyyətləri barədə elan edib. Eyni zamanda hələ ki, ehtimal olunan repatriasiyaya (Hərbi əməliyyatlar, digər məcburi şərtlər nəticəsində xarici dövlətin ərazisinə düşmüş şəxsin vətəndaşı olduğu, daimi yaşadığı, yaxud doğulduğu ölkəyə qayıtması) hazırlıq gedir, məmurlar dərhal bildiriblər ki, onların anaları  ekstremist qrupda iştirak etdikləri üçün məsuliyyətdən yayına bilməyəcəklər.

FaktXeber.com-un məlumatına görə, Bundan başqa qadınlar İraq və Suriya hökumətləri tərəfindən də axtarışdadırlar.

Bu gün Avropa ölkələri İŞİD kimi terror təşkilatlarının sıralarına qoşulan vətəndaşlarının Suriya və İraqdan qayıtdıqdan sonra təhlükəsizliyi necə təmin edəcəkləri barədə tədbirlər görürlər.



Təhlükəsizlik konsepsiyası isə ölkələrdə fərqlidir: Əgər Şimali Avropa ölkələri  adaptasiya proqramları hazırlayırlarsa da, Böyük Britaniya  Suriyadan qayıdanlarda təhlükə görmür. Fransa ümumiyyətlə əmindir ki, vətəndşları olan terrorçular  doğma torpaqlarda da təhlükə mənbəyidirlər – onlar hər an hücum edə və başqa radikal tədbirlər görə bilərlər.

Ölkənin bu günkü dövlət siyasətinə görə  terrorçular və onların arvadları  Fransaya qayıda bilməzlər, lakin uşaqlara münasibətdə Paris birmənalı siyasət təqdim etmir, layihə üzərində hələ işləyirlər.

«Fransa hökuməti hazırda uşaqların repatriasiyasının qiymətləndiriməsi fazasına keçiblər», - deyə fransalı məmurlar Röyters-ə bildiriblər.

Onların qiymətləndirməsinə görə, hazırda terrorçuluqda şübhəli bilinən ailələrin 150 uşağı Suriyadadır, onların əksəriyyəti heç 6 yaşına çatmayıb.



Paris onların məsələlərinə individual əsasda baxacaq və ilk uşaqlar artıq ilin sonuna kimi qayıda biləcəklər. Bununla belə onların repatriasiyası analarının onları Fransaya getməyə izn verməsindən asılıdır.

Hökumət narahatdır ki, bu uşaqlar bundan sonra da müharibə gedən ölkədə qalsalar sonda onlar da terrorçu olacaqlar.

Qeyd edək ki, 2017-ci ilin dekabrında İŞİD tərkibində terrorçuluq fəaliyyəti ilə əlaqədar İraqda ömürlük həbsə məhkum olan Fransa vətəndaşının 3 uşağını ölkəyə qaytara bilmişdi.

Fransa KİV-i vurğulayır ki, terrorçuların əksəriyyətinin uşaqları Suriyanın kürdlərin nəzarətində olan şimal ərazilərindədir və bu səbəbdən onların qaytarılması barədə proqnozları hökumət  ümidverici adlandırmayıb.

Fransanın müdafiə naziri Flarens Parli bəyan etmişdi ki, terrorçular bu müharibədə ölürlərsə, bu elə yaxşılığa doğrudur. Beləliklə aydın oldu ki, Parisin rəsmi mövqeyi  terrorçulara tam laqeyid münasibətdə və onların uşaqlarının qaytarılaraq yenidən tərbiyə edilməsindədir.

 

 

Tag və ya açar söz

Fransa Suriyadan terrorçuların uşaqlarını repatriasiya edir

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter