- Cümə
Avqust 21, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

"Qayıdış haqqı" yürüşünün 31-ci cüməsində 5 fələstinli şəhid olub, 170 nəfər yaralanıb

2018/10/27, 14:55


Fələstin Səhiyyə Nazirliyi dünən gecə bildirib ki, Qəzzədə "qayıdış haqqı" yürüşünün 31-ci cüməsində 5 fələstinli şəhid olub, 170 nəfər yaralanıb

Fələstin Səhiyyə Nazirliyi dünən gecə bildirib ki, Qəzzədə "qayıdış haqqı" yürüşünün 31-ci cüməsində 5 fələstinli şəhid olub, 170 nəfər yaralanıb

Həqiqət QHT (Truth NGO) - Əl-Aləm telekanalının verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi bildirib ki, yaralılar arasında çoxlu sayda qadın və uşaq da var.

Qəzzədə qayıdış haqqı yürüşləri ötən mart ayının 30-u "torpaq günü" münasibəti ilə başladı və hələ də davam etməkdədir.

30 martdan indiyədək 200-dən çox fələstinli bu yürüşlərdə sionist rejim hərbçiləri tərəfindən şəhid edilib və 22 nəfər etirazçı da yaralanıb.

İran İslam Respublikası da daxil bir çox ölkələr eləcə də beynəlxalq təşkilatlar sionistlərin bu cinayətlərini pisləyiblər.

Fələstinlilərin torpaq günündəki yürüşü sionist rejimin 1976-cı il 30 martda fələstinlilərin torpaqlarını müsadirə etməsinin ildönümü münasibəti ilə keçirilir.

Sionist rejim fələstinlilərin torpaqlarını müsadirə etmək və orada sionist sakinli qəsəbələr inşa etdirməklə, Fələstin torpaqlarında etnik təmizləmə siyasəti yeridir və beləliklə öz işğalçılıq əməllərini təsbit etmək məqsədi güdür.

 

Tag və ya açar söz

"Qayıdış haqqı" yürüşünün 31-ci cüməsində 5 fələstinli şəhid olub، 170 nəfər yaralanıb

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter