- Bazar ertəsi
İyul 20, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

"Səhra Davosu" yoxsa Ər-Riyadın növbəti fiaskosu? - Təhlil

2018/10/25, 10:36


Səudiyyə rejiminin tənqidçilərindən olan jurnalist Camal Qaşıqçının qətli Ali-Səudun ovqatını təlx edib. Qaşıqçı cinayətinin dünyada bu qədər hay-küy qoparacağını təsəvvür etməyən gənc vəliəhdin arzuları puça çıxır. “Səhra Davosu” iflasa uğrayıb.

Səudiyyə rejiminin tənqidçilərindən olan jurnalist Camal Qaşıqçının qətli Ali-Səudun ovqatını təlx edib. Qaşıqçı cinayətinin dünyada bu qədər hay-küy qoparacağını təsəvvür etməyən gənc vəliəhdin arzuları puça çıxır. “Səhra Davosu” iflasa uğrayıb.

Həqiqət QHT (Truth NGO) - “Səhra Davosu” kimi tanınan “Gələcəyə İnvestisiya Təşəbbüsü” adlı iqtisadiyyat forumu Ər-Riyadda işə başlayıb. Amma, bu forum gənc vəliəhd Məhəmməd Bin Salmanın İstanbulda Ərəbistanın Baş Konsulluğunda törətdiyi əməlin təsiri altına düşüb.

İlk olaraq, 1971-ci ildən İsveçrədə keçirilən Davos İqtisadiyyat Forumu Ərəbistandan “Davos” adının Ər-Riyad forumundan çıxarılmasını istədi.  Ər-Riyad forumunun işə başlaması ilə bir vaxtda, forumun rəsmi saytı haker hücumuna məruz qalıb və sayta Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanı İŞİD-in himayədarı və jurnalist Camal Qaşıqçının qatili simasında təqdim edən görüntü yerləşdirilib.

Daha sonra, Avropa mediaları dünyanın tanınmış simaları və şirkətlərinin Ər-Riyad forumunda iştirakdan imtina etməsinə diqqət çəkiblər. Və kinayə ilə Məhəmməd Bin Salmanın vəd etdiyi islahatların sərha qumları altında dəfn olunması və jurnalist Camal Qaşıqçının haqsız yerə axıdılan qanından söz açıblar.

“Düşünürəm ki, bu forumda iştirak etməmək lazımdır. Ərəbistana başa salmaq lazımdır ki, istədiyi hər şeyi edə bilməz. Bu kimi məqamlarda siyasət və iqtisadiyyat bir-birinin kənarında yer almalıdır.”

Beynəlxalq Valyuta Fondunun prezidenti Kristian Laqard, Fransanın iqtisadiyyat Naziri Bruno Lomer, Dünya Bankının rəisi Yun Kim, Britaniyalı milyarder və “Vircin” şirkətinin sahibi Riçard Branson, Ford şirkətinin rəisi Bill Ford, Fransanın ODF, Mstercard, Sosyet Ceneral, BMP Paribax,  Akkor və Çarter kimi tanınmış iş adamları, banklar və şirkətlər Ərəbistan vəliəhdinin qeyri-insani simasının ifşa olunmasının ardınca Ər-Riyad forumunda iştirakdan imtina ediblər.

Media sahəsində də dünyanın tanınmış KİV-ləri o cümlədən Ekonomist, Faynenşal Tayms, Hafinqton Post, Nyu-York Tayms, Los-Anceles Tayms qəzetləri habelə, CNBC, CNN və Bloomberg informasiya kanallarının iqtisadi bölmələri “Səhra Davosu” haqda xəbərlər yaymaqdan imtina ediblər. Baxmayaraq ki, bəzən Ərəbistanın ayırdığı qrantlara da yox demirlər.

“Vikiliks tərəfindən həyata keçirilən ifşaçılıqlarda Ali-Səud rejiminin insanlıq adına rüsvayçılıq olan bütün çirkən  hərəkətləri, cinayətləri və bu cinayətləri gizlətmək üçün beynəlxalq medialar və qrumlara xərclədiyi pullara işarə edilib. Heç şübhəsiz Qaşıqçı olayında da Ərəbistan bu metoddan istifadə etmək istəyəcək.”

Digər tərəfdən bəzi Avropa nəşrləri o cümlədən “Le Point” uzun illər davam edən sükutun ardınca, Avropa başçılarına xitabən belə bir sual irəli sürüblər: Qaşıqçının qətlə yetirilməsi olayını nəzərə alaraq, hələ də Ərəbistana silah satışını davam etdirmək olar?

 

Tag və ya açar söz

"Səhra Davosu" yoxsa Ər-Riyadın növbəti fiaskosu? - Təhlil

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter