- Cümə
İyul 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Beynəlxalq Amnistiya Təşkilatı dünya ictimaiyyəti və beynəlxalq dairələrin Ərəbistanı Yəməndəki cinayətlərinə göz yummasını qınadı

2018/10/25, 10:31


Beynəlxalq Amnistiya Təşkilatı dünya ictimaiyyəti və beynəlxalq dairələrin Ərəbistanı Yəməndəki cinayətlərinə göz yummasını qınadı

Beynəlxalq Amnistiya Təşkilatı dünya ölkələri və beynəlxalq dairələrin Ərəbistanın Yəməndə mülki əhalini kütləvi şəkildə qırğın etməsinə göz yummasını tənqid edib.

Beynəlxalq Amnistiya Təşkilatı dünya ölkələri və beynəlxalq dairələrin Ərəbistanın Yəməndə mülki əhalini kütləvi şəkildə qırğın etməsinə göz yummasını tənqid edib.

Həqiqət QHT (Truth NGO) - İRİB-nin verdiyi məlumata görə, Beynəlxalq Amnistiya Təşkilatının Fransa ofisinin müdiri İv Prijan deyib: Dünya ictimaiyyətinin jurnalist Camal Qaşıqçının qətlinə bu qədər geniş reaksiya verdiyi halda, Ərəbistanın Yəməndəki cinayətlərinə, minlərlə günahsız və müdafiəsiz insanı qırğın etməsinə göz  yumması qəbul edilməzdir.

Prijan əlavə edib: Dünya ölkələri və beynəlxalq dairələrin Ərəbistanın  hərəkətlərinə qarşı həssaslığı dünya ictimaiyyəti xüsusilə Fransa və digər ölkə rəsmiləri üçün, Ər-Riyadı insan haqlarına riayət və Yəməndə mülki əhaliyə qarşı qırğınları dayandırmağa məcbur etmək üçün bir qığılcıma çevrilə bilər.

Beynəlxalq Amnistiya Təşkilatının rəsmisi Fransa hökumətindən Ərəbistana silah satışını dayandırmasını istəyib.

Ərəbistan ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə 2015-ci ilin martından Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb və bu ölkəni qurudan, dənizdən və havadan mühasirədə saxlayır. İndiyə kimi bu hücumlar nəticəsində 14 mindən çox yəmənli həlak olub, on minlərlə insan yaralanıb, milyonlarla insan didərgin düşüb.

 

Tag və ya açar söz

Beynəlxalq Amnistiya Təşkilatı dünya ictimaiyyəti və beynəlxalq dairələrin Ərəbistanı Yəməndəki cinayətlərinə göz yummasını qınadı

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter