- Cümə
İyul 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Yəmənlilər həyatda qalmaq üçün yarpaq yeməyə məcbur olurlar - Video

2018/10/20, 12:48


Yəmənlilər həyatda qalmaq üçün yarpaq yeməyə məcbur olurlar - Video

 Yəməndə 4 ildir davam edən müharibə səbəbiylə xalq aclıqla mübarizə aparır.

 Yəməndə 4 ildir davam edən müharibə səbəbiylə xalq aclıqla mübarizə aparır.

 Həqiqət QHT (Truth NGO) - "Sky News" xəbər kanalı yaydığı görüntülərdə yəmənlilərin ərzaq tapmadıqları üçün yarpaq yeyərək həyatda qalmağa çalışdıqlarını nümayiş etdirib.

Ölkənin şimalındakı Aslam bölgəsində qeydə alınan görüntülərdə əksəriyyəti qadın və uşaqlardan ibarət olan bir qrup yəmənli yaşadıqları çətinlikləri danışıb.

Onlara heç kimin kömək etmədiyini qeyd edən yəmənlilər həyatda qalmaq üçün ağaclardakı yarpağı qaynadıb yemək və uşaqlarına yedirtmək məcburiyyətində qaldıqlarını söyləyib.

Görüntülərdə yarpaq yeyən uşaqlar və qeyri-kafi qidalanmadan bədəni deformasiya olmuş bir adam yer alır.

Qeyd edək ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəlik və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.

https://www.youtube.com/watch?v=-wn117Mg3jc&feature=youtu.be

Tag və ya açar söz

Yəmənlilər həyatda qalmaq üçün yarpaq yeməyə məcbur olurlar - Video

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter