- Cümə
İyul 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Vəhhabi kolalisiyası Yəməndə yeni cinayət törətdi: Səud qəbiləsi təyyarələri bu dəfə xəstəxananı vurdu – Ölənlər var

2018/10/12, 13:31

Vəhhabi kolalisiyası Yəməndə yeni cinayət törətdi: Səud qəbiləsi təyyarələri bu dəfə xəstəxananı vurdu – Ölənlər var

"Həqiqət" QHT (Truth NGO) - Yəmənin Səhiyyə Nazirliyi cümə axşamı bir bəyanat yayaraq, Əl-Hudəydə vilayətinin cənubunda yerləşən Durəyhimi xəstəxanasının Ərəbistan tərəfindən bombardman edildiyini bildirib.

İRNA-nın məlumatına görə, Yəmənin Səhiyyə Nazirliyi Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin qırıcı təyyarələri və hərbi gəmilərinin Durəyhimi xəstəxanasını havadan və dənizdən hədəfə alaraq, tamamilə məhv etdiklərindən xəbər verib.

Yəmənin Səhiyyə Nazirliyi koalisiya qüvvələrinin xilasedicilər və təcili yardım maşınlarının hadisə yerinə yaxınlaşmasına imkan vermədikləri üçün,  Durəyhimi xəstəxanasına edilən hücumda ölən və yaralanan insanların sayını dəqiqləşdirməyin hələ ki, mümkün olmadığını bildirib.

Səhiyyə Nazirliyinin Şəna şəhəri üzrə səlahiyyətlisi həkim Yusif Haziri bildirib ki, atəş bütün xəstəxananı bürüyüb. Xəstəxana bütünlüklə atəşə verilib. Çoxlu sayda yaralı var. Səudiyyə qüvvələri içərisində çoxlu sayda xəstə və uşaq olmasına baxmayaraq bu işə rəvac verib.

Yusif Haziri həmçinin bildirib ki, 10 nəfər həyatını itirən, çoxlu sayda yaralı var. O cümlədən Qırmızı Xaç və Qızıl Aypara təcili yardım maşınları da atəşə tutulub.

Ərəbistan qırıcıları cümə 2 oktyabrda da Əl-Hudəydə şəhərində yerləşən Əs-Surə xəstəxanasını bombalamışdılar. Bu hücumda 60 nəfər ölmüş, 100 nəfər isə yaralanmışdı.

Tag və ya açar söz

Vəhhabi kolalisiyası Yəməndə yeni cinayət törətdi: Səud qəbiləsi təyyarələri bu dəfə xəstəxananı vurdu – Ölənlər var

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter