- Şənbə
Mart 21, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İŞİD-çi atanın qaçırdığı uşaqlar fəryad etdi: "Bizi qurtarın"

2018/10/08, 14:42


İŞİD-çi atanın qaçırdığı uşaqlar fəryad etdi:

Boşandığı İŞİD-çi əri tərəfindən qaçırılan iki uşağının izinə 3 il sonra düşən Tülay Kaya övladlarına qovuşmaq üçün Türkiyə dövlətindən yardım istəyib. O, uşaqlarının İraqın Ərbil şəhərində həbsxanada saxlanıldığını deyib.

Boşandığı İŞİD-çi əri tərəfindən qaçırılan iki uşağının izinə 3 il sonra düşən Tülay Kaya övladlarına qovuşmaq üçün Türkiyə dövlətindən yardım istəyib. O, uşaqlarının İraqın Ərbil şəhərində həbsxanada saxlanıldığını deyib.

 "Həqiqət" QHT (Truth NGO) - 3 ildən sonra hazırda 17 yaşında olan oğlu ilə görüşən ana övladının 2 saatlıq görüş müddətində "ana, məni burdan qurtar", - deyərək ağladığını deyib. T.Kaya qızının da Bağdadda bir həbsxanada saxlanıldığını deyib.

Övladlarından ayrı qalmağa taqətinin olmadığını bildirən ana "atalarının həyatlarını məhv etdiyi uşaqlarımı xilas etməsi üçün dövlətimiz kömək etsin", - deyib.

Kayanın sözlərinə görə, 3 il öncə İrfan Küpecik ilə boşandıqdan sonra əri o zaman 14 yaşında olan oğlu Anıl və 11 yaşlı qızı Səhra Günayı gəzdirmək adı ilə götürüb sərhəddi keçib. Ordan o zaman İŞİD-in nəzarətində olan Təlafərə gedərək terrorçulara qoşulub. Təqribən 2 il terror təşkilatında fəaliyyət göstərib. Həmin müddət ərzində bəzi vaxtlar uşaqlar anaları ilə telefon rabitəsi yaradaraq, vəziyyətlərinin yaxşı olduqlarını deyiblər. Lakin Peşmərgə və İraq Ordusunun əməliyyatları zamanı İrfan Küpecik məhv edildikdən sonra ana bir daha uşaqlarından xəbər ala bilməyib.

FaktXeber.com-un verdiyi məlumata görə, oğlu və qızının tapılaraq Türkiyəyə gətirilməsi üçün hökumətə müraciət edən ana Tülay Kaya, bir müddət sonra oğlu Anılın Ərbil həbsxanasında olduğunu öyrənib. Onunla 2 saatlıq görüşdən sonra ana bunları deyib: "3 ildən sonra oğluma qovuşmaq gözəl idi. Ancaq oğlumun psixologiyası heç yaxşı deyil. Məni görəndə təəccüblü, ağlamalı bir halı var idi. Görüş bitənə qədər ağladı, "Ana, məni burdan xilas elə, artıq dözə bilmirəm", - deyirdi. Qızımın da Bağdadda Rusafa həbsxanasında olduğunu öyrənmişəm. Ancaq onunla görüşmə izni ala bilmədim".



"Atalarının həyatlarını məhv etdiyi övladlarımın xilas edilməsi üçün dövlətimiz yardım etsin. İkisinin də bir cinayətə qarışdığına dair sübut yoxdur", - deyə qadın səlahiyyətli şəxslərdən kömək istəyib.

 

 

 

Tag və ya açar söz

İŞİD-çi atanın qaçırdığı uşaqlar fəryad etdi: "Bizi qurtarın"

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter