- Çərşənbə axşamı
Avqust 25, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İsrailin atdığı qaz bombası fələstinli uşağın başına dəyərək onu öldürüb - Video 18+/Foto

2018/10/04, 12:26


İsrailin atdığı qaz bombası fələstinli uşağın başına dəyərək onu öldürüb - Video 18+/Foto

"Həqiqət" QHT (Truth NGO) - Dünən Qəzzanın Beyt-Hənun (Erez) keçid məntəqəsi yaxınlığında İsrail qüvvələrinin açdığı atəşlə bir fələstinli uşaq həlak olub, 25 nəfər yaralanıb.

"Həqiqət" QHT (Truth NGO) - Dünən Qəzzanın Beyt-Hənun (Erez) keçid məntəqəsi yaxınlığında İsrail qüvvələrinin açdığı atəşlə bir fələstinli uşaq həlak olub, 25 nəfər yaralanıb.

"İslaminSesi"-nin verdiyi xəbərə görə, Qəzzanın şimalında keçirilmiş növbəti etiraz aksiyası zamanı İsrail rejim qüvvələrinin atdığı yüksək təsirli qaz bombası 15 yaşlı Əhməd Samir Əbu Habilin başına dəyib. Sürətlə hərəkət edən bomba onun baş nahiyyəsini deşərək içəri nüfuz edib. Aldığı ağır xəsarət nəticəsində yeniyetmə hadisə yerində keçinib.

İşğalçı rejim əsgərləri, həmçinin yaralı fələstinliləri daşıyan təcili yardım maşınını da atəşə tutublar. Yaralıların bir qisminə həqiqi döyüş güllələrilə atəş açılıb, digərləri isə kimyəvi qazların təsirilə zəhərlənib.

https://www.youtube.com/watch?v=2YD6yzITAD0&feature=youtu.be

Tag və ya açar söz

İsrailin atdığı qaz bombası fələstinli uşağın başına dəyərək onu öldürüb - Video 18+/Foto

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter