- Cümə
Avqust 21, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İsrail fələstinli gəncin təslim olması üçün atasını əsir götürdü

2018/08/25, 12:54


İsrail fələstinli gəncin təslim olması üçün atasını əsir götürdü

İsrail qüvvələri İordan çayının qərb sahilinin Cənin şəhərinə bağlı Taybə kəndinə basqın edərək, oğlunun təslim üçün atasını nəzarətə alıb.

İsrail qüvvələri İordan çayının qərb sahilinin Cənin şəhərinə bağlı Taybə kəndinə basqın edərək, oğlunun təslim üçün atasını nəzarətə alıb.

Bu gün səhər saatlarında bölgəyə gələn çoxsaylı İsrail əsgəri Xalid Əhməd İğbariyə adlı fələstinlinin evinə basqın təşkil edib axtarış aparıb.

İsrail qüvvələri ev əşyalarına zərər verərək, apardığı axtarışdan sonra həbs etmək istədiyi fələstinlini tapmadıqda atasını təhdid etməyə başlayıb və oğlunu təslim olmağa məcbur etmək üçün Səlim hərbi hissəsinə aparıb.

Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür. İsrail rejimi həbsxanalarında 300-ü uşaq olmaqla, təxminən 7 min fələstinli var və bu say durmadan artır.

 

Mənbə

Tag və ya açar söz

İsrail fələstinli gəncin təslim olması üçün atasını əsir götürdü

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter