- Cümə axşamı
İyul 23, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

YUNİSEF-dən Yəmən açıqlaması

2018/08/24, 07:49


YUNİSEF-dən Yəmən açıqlaması

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaqlara Yardım Fondu (YUNİSEF) bu ilin əvvəlindən etibarən kifayət qədər qidalana bilməyən 130 min uşağın müalicə edildiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaqlara Yardım Fondu (YUNİSEF) bu ilin əvvəlindən etibarən kifayət qədər qidalana bilməyən 130 min uşağın müalicə edildiyini bildirib.

YUNİSEF-in Yəmən ofisi tərəfindən rəsmi tvitter səhifəsindən qeyd olunub ki, Yəməndə təxminən 1 milyon 800 min uşaq kifayət qədər qidalana bilmir. Həmçinin vurğulanır ki, qidalanmadan əziyyət çəkənlərdən 400 min uşaq 5 yaşdan aşağıdır.

YUNİSEF-in hesabatında bildirilir ki, 21 milyon əhalisi olan Yəmənin 80%-i aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır.

Qeyd edək ki, Yəməndə 2014-cü ildən başlayan vətəndaş müharibəsi və ardından 2015-ci ilin martında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin əməliyyatları bu günə qədər davam edir. Səudiyyənin bombardmanları və Yəmənə tətbiq edilən blokada ölkənin səhiyyə sisteminin də dağılmasına səbəb olub.

 

Mənbə

Tag və ya açar söz

YUNİSEF-dən Yəmən açıqlaması

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter