- Cümə
Avqust 21, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Fələstinin cəsur qızı adlandırılan Təmimi "Hizbullah"a təşəkkür etdi

2018/08/24, 07:47


Fələstinin cəsur qızı adlandırılan Təmimi

İsrail işğalına qarşı Fələstin müqavimətinin simvol şəxslərindən olan 17 yaşlı Əhəd Təmimi onu mərd və cəsur kimi qiymətləndirən "Hizbullah" lideri Seyid Həsən Nəsrullaha təşəkkür edib.

İsrail işğalına qarşı Fələstin müqavimətinin simvol şəxslərindən olan 17 yaşlı Əhəd Təmimi onu mərd və cəsur kimi qiymətləndirən "Hizbullah" lideri Seyid Həsən Nəsrullaha təşəkkür edib.

21 avqustda Livan televiziyasında yayımlanan bir videoda "Hizbullah"a təşəkkür edən Təmimi bunları deyib:

"Nəsrullahın sözləri əzmimizi artırır. Yalnız mənim deyil, bir çox insanın əzmini artırır. Çünki mən xalqı təmsil edirəm. Təkcə özümü deyil, xalqı və mübarizəni təmsil edirəm".

Təmimi Nəsrullah haqda "Hamımız onu dəstəkləyir və onunla fəxr edirik", - deyib və Hizbullah liderinin fələstinliləri daha da güclü etdiyini vurğulayıb.

Xatırladaq ki, İsrail əsgərləri Təmimini 19 dekabr 2017-ci ildə Ramallahda ailəsiylə yaşadığı evə basqın təşkil etdikdən sonra nəzarətə almışdı. 21 martda 8 ay həbs cəzasına məhkum edilən Təmimi 29 iyulda həbsdən çıxmışdı.

 

Mənbə

Tag və ya açar söz

Fələstinin cəsur qızı adlandırılan Təmimi "Hizbullah"a təşəkkür etdi

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter