- Cümə axşamı
İyul 23, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Beynəlxalq təşkilatlar Səudiyyənin ötən gün Yəməndə törətidiyi iki qətliamı pisləyiblər

2018/08/04, 06:37


Beynəlxalq təşkilatlar Səudiyyənin ötən gün Yəməndə törətidiyi iki qətliamı pisləyiblər

Beynəlxalq və yerli təşkilatlar Səudiyyə Ərəbistanı koalisiyasının ötən gün Yəmənin əl-Hudeyda əyalətində törətdiyi iki qətliamı kəskin pisləyiblər.

Beynəlxalq və yerli təşkilatlar Səudiyyə Ərəbistanı koalisiyasının ötən gün Yəmənin əl-Hudeyda əyalətində törətdiyi iki qətliamı kəskin pisləyiblər.

UNİCEF, BMT-in Yəməndə İnsan Hüquqları üzrə koordinatoru, Nobel sülh mükafatlına layiq görülən yəmənli qadın Təvəkkül Kerman, Yəmən Alimləri Cəmiyyəti, Sənada olan “Cənub Hərəkatı”, “Yəmən Qəbilələri Şurası”, Ənsarullah hərəkatı və sair yerli və beynəlxalq təşkilatlar Səudiyyənin əl-Hudeyda şəhərində ötən gün həyata keçirdiyi iki qətliamı pisləyiblər.

Qeyd edək ki, Səudiyyyə Ərəbistanı və koalisiyasının təyyarələri ötən gün Yəmənin sahil əl-Hudeyda şəhərinin balıq bazarını və eləcə də bir xəstəxananı şiddətli hava zərbələri ilə hədəfə almışdı. əl-Hudeyda əyalətinin səhiyyə mənbələri bu hava zərbələrində minimum 55 nəfərin həlak olduğunu deyir. Ölənlərdən 18-i qadın və uşaqlardır. Daha 80 nəfər müxtəlif dərəcələrdə yaralanıblar. Məlumata görə ilk növbədə balıq bazarı hədəfə alınıb. Yaralıların xəstəxənaya daşındığı zaman “əs-Səurə” adlı xəstəxana da bombalanıb.

Səudiyyə və koalisiyası yəmənlilərin 70 faizini qida və humanitar yardımla təmin edən əl-Hudeyda şəhəri dəhlizini zəbt etmək istəyir.

Dünya Qida Təşkilatı iki gün öncə verdiyi hesabatda bildirib ki, yəmənlilərin 18 milyonu qidanın təmini baxımdan ciddi təhlükədədir və onlardan 8 milyonu isə günlük qidasını təmin etməkdə acizdirlər.

 

Mənbə

Tag və ya açar söz

Beynəlxalq təşkilatlar Səudiyyənin ötən gün Yəməndə törətidiyi iki qətliamı pisləyiblər

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter