- Bazar ertəsi
Avqust 24, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

139 yəhudi Əqsaya basqın etdi

2019/03/15, 04:05


139 yəhudi Əqsaya basqın etdi

Onlarla yəhudi Əqsa məscidinin həyətinə basqın təşkil edib.

Həqiqət QHT (Truth NGO) - Bu barədə "Quds Press" xəbər verib. Xəbərə görə, 59 yəhudi Əqsa məscidinin həyətinə girib.
 Yəhudi din məktəbi və universitetlərindən 80 tələbənin də bir İsrail zabiti ilə basqına qoşulduqları bildirilib. 
Eastnews.org-un verdiyi xəbərə görə, İsrail işğal qüvvələrinin Əqsanın həyətində yəhudilər üçün sıx təhlükəsizlik tədbirləri gördüyü bildirilib. 
Qeyd edək ki, yəhudilər qruplar halında demək olar ki, hər gün Əqsa məscidinə girirlər. İsrailin Əqsa məscidini zaman və məkan baxımından bölməyə zəmin hazırlamaq məqsədilə yəhudiləri basqına təşviq edirlər. İsrail təhlükəsizlik qüvvələri ilə Əqsa məscidinin həyətinə girən yəhudilər bir müddət burada gəzdikdən sonra əs-Silsilə qapısından çıxırlar. İsrail polisi yəhudilərin Əqsaya girməsinə günortadan əvvəl və sonra olmaqla, iki ayrı vaxtda icazə verir. Yəhudiər Əqsaya girmək üçün daha çox camaatın az olduğu səhər saatlarını seçirlər. 

Tag və ya açar söz

İsrail، Yəhudi، Sionizm، İsrail işğalı، Qüds، Əqsa məscidi، Fələstin، İnsan haqları، yəhudi ekstre

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter