- Şənbə
Avqust 22, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Ermənistan Təhlükəsizlik Şurasının İclasını Azərbaycan torpağında keçirən Paşinyan sizdən daha hünərlidir!

2019/03/14, 15:05


Ermənistan Təhlükəsizlik Şurasının İclasını Azərbaycan torpağında keçirən Paşinyan  sizdən daha hünərlidir!

Bu hakimiyyətin Qarabağ dərdi yoxdur...

Həqiqət QHT (Truth NGO) - Haradasınız, ay Gözəl Bayramlının çantasına pul atıb, qadın şərləməyi kişilik bilənlər?! Haradasınız, ay 15 qızın bir yerə toplanmasından həşirə düşüb üstlərinə 10 manatlıq süpürgəçi batalyonu göndərənlər?! Haradasınız, mənim köhnə avtomobilimi qoçu-qoçu, quldur-reket kimi cərimə meydançasına yerləşdirib sonra əlimə protokol verə bilmədikləri üçün kol dibində gizlənənlər! Gücünüz Azərbaycan qadınlarına çatır ancaq?! Qadınları, qızları şərləməyə yetir hünəriniz?! Amma sizdən fərqli olaraq Paşinyanın hünəri Ermənistan Təhlükəsizlik Şurasının İclasını Azərbaycan torpağında, Qarabağda keçirməyə çatır!
 Sizin sərvət, hakimiyyət ehtirasınıza qurban verdiyiniz Qarabağda. Siz Virciniya, Panama, London ofşor adalarını məskunlaşdıranda, ermənilər Laçını, Ağdamı, Qubadlını məskunlaşdırdı. Siz Müqəddəs Petka məbədini təmir etdirəndə, ermənilər Şuşada kilsə tikdi. Siz xalqın 8 milyard dollarını 80/20 nisbətilə Avropa Oyunlarına sovuranda, ermənilər Xankəndində beynəlxalq tədbirlər keçirib dünya boyu təbliğat aparırdı. Siz 6 min 400 dollarlıq qan puluna görə şəhid ailəsini 25 il küçələrdə süründürəndə, ermənilər nəinki Qarabağda ölmüş əsgərinə, hətta I qrup əlilinə də dərhal, xahiş-minnətsiz 21 min dollar pul ödəyirdi. Siz ordunun, əsgərin puluna 800 min Avroya diş düzəltdirəndə ermənilər Xankəndi- Laçın yolunu düzəltdilər. 
Paşinyan oğlunu Qarabağa əsgərliyə göndərəndə, siz Azərbaycan əsgərlərini ağır işgəncə altında, zorlayıb orqanlarını kəsməklə öldürdünüz və sonra utanmadan ailələrinə məktub yazıb “pardon, səhvən öldürmüşük” üzrxahlığını etdiniz. Ermənilər Dilqəmlə Şahbazı girov götürüb işgəncə verəndə, siz ermənidən torpaq almış Saleh Rüstəmlini, Qarabağ qazisi Babək Həsənlini girov götürüb işgəncə verdiniz. Budur sizin gerçək kimliyiniz və mahiyyətiniz! Azərbaycan körpələrinə şəxsən işgəncə verməkdən zövq alan və bununla qürrələnən mundar zori balayanı Əfqan Muxtarlının başına torba keçirib Tiflisdən gətirdiyiniz kimi su yoluna göndərdiyi Tiflisdən oğurlayıb gətirə bilməzdinizmi?!
 Yox, sizin heç vaxt Qarabağ adlı dərdiniz, erməni adlı düşməniniz olmayıb axı. Siz hətta ermənilərlə şərab içməyin xiffətini çəkirsiniz! Sizin dərdiniz hakimiyyət, milyardlıq sərvət, düşməniniz isə bizik- Azərbaycan xalqıdır! Siz Azərbaycan Təhlükəsizlik Şurasının iclasında Qarabağı deyil, Əli Kərimlini, Cəmil Həsənlini, Gültəkin Hacıbəylini və Tofiq Yaqublunun necə susdurmağı müzakirəyə çıxaranda, Paşinyan da bu həddə qudurub Ermənistan Təhlükəsizlik Şurasının İclasını Xankəndində çağırmalı idi zatən.
P.S. Ağıldan kəm deputatlarınıza da başa salın. Ermənilər işğal etdikləri dədə-baba yurdumuzda əyilə-əyilə yox, dim-dik gəzirlər. Sayənizdə!

Gültəkin Hacıbəyli - Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü 

Tag və ya açar söz

Azərbaycan، Qarabağ münaqişəsi، erməni işğalı، erməni terroru، ،qadınların hüquqları،Azərbaycan ،Erm

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter